“Samsung” yeni smartfonları və saatları təqdim etdi - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Samsung” yeni smartfonları və saatları təqdim etdi - FOTO

17:20 - 21 / 02 / 2019
“Samsung” yeni smartfonları və saatları təqdim etdi - FOTO

Cənubi Koreyanın “Samsung” şirkəti "Samsung Galaxy S10+" brendli yeni qabaqcıl model təqdim edib.

1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, açılan və qatlanan ekran smartfonun üst səthini tam əhatə edir. Smartfonun kameraları simsiz texnologiyalar vasitəsilə displeyə quraşdırılıb. Ekran "Dynamic Amoled" texnologiyası sayəsində indiyədək bütün smartfonlar arasında ən yüksək keyfiyyətli rəngvermə qabiliyyəti ilə təchiz edilib.

"Samsung Galaxy S10+" smartfonu ön və arxa panelli iki kameraya malikdir. Arxa panel kamera üç moduldan ibarətdir: 12 meqapikselli enlibucaqlı obyektiv, peyzaj çəkilişləri üçün 16 meqapikselli ultraenlibucaqlı modul və 12 meqapikselli adi obyektiv. Ön kameraya 10 və 8 meqapikselli iki blok daxildir.

Kamera çəkiliş üçün ən əlverişli bucağı və səviyyəni avtomatik müəyyənləşdirəcək. Həmçinin smartfon "HDR 10+" keyfiyyətli videolar çəkəcək.

Bildirilir ki, yeni simsiz enerjidoldurma texnologiyası sayəsində bir smartfonun akkumulyatorunu digəri ilə doldurmaq mümkün olacaq. Bundan əlavə, onu müxtəlif qurğuların, məsələn, qulaqcığın enerji toplaması üçün tətbiq etmək olar. Batareyanın işləmə müddəti əvvəlki modellə müqayisədə 25 faiz çox işləyəcək.

Smartfon iki SİM kartdan istifadəni dəstəkləyir.

Yeni qurğunun quraşdırılmış yaddaş tutumu 128 giqabayt və 1 terabayt, operativ yaddaşı isə 8-12 giqabayt arasında dəyişir.

Yeni smartfon oyun və əlavələrdən istifadə zamanı adaptiv quraşdırmalar texnologiyasından istifadə edəcək.

"Samsung Galaxy S10+" modeli "Wi-Fi 6" şəbəkəsi ilə uyğunluq təşkil edən ilk smartfon olacaq.

"Galaxy S10" ilə yanaşı, "Samsung" şirkəti elastik olmaqla planşetə çevrilən "Galaxy Fold" smartfonunu nümayiş etdirib. "Galaxy Fold" modeli kiçik kənar və əsas bükülən iki ekrana malikdir.

1news.az

Paylaş:
1104

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər