Samsung-un yeni Galaxy A smartfon seriyası | 1news.az | Xəbərlər
İqtisadiyyat

Samsung-un yeni Galaxy A smartfon seriyası

09:45 - 03 / 05 / 2019
Samsung-un yeni Galaxy A smartfon seriyası

Son iki ay ərzində Samsung geniş kütləyə Galaxy A seriyasının bütün modellərini təqdim edib. Yeni məhsul xətti “sərhədsiz” displey, əla kamera və daktiloskopik skaner növləri ilə fərqlənir.

Galaxy A model seriyasında hər bir istəyi qarşılaya bilən fərqli modellər təqdim edilmişdir.   Belə ki, məhsul xəttinin ilk təmsilçiləri olan Galaxy A10 və А20 Infinity-V displeyi ilə təchiz edilmişdirlər. Samsung А10-un əsas kamerası tək modul ilə təmsil olunmasına baxmayaraq,  13 MP-lik sensor geniş bucaqlı linza ilə təchiz olunmuşdur, Galaxy А20 kamerası isə ikili modul üzərində işləyən 13 MP-lik və ultra geniş 5MP-lik obyektivlərdən ibarətdir.  Lakin, smartfonların ön kameraları olduqca oxşardır, belə ki, Galaxy A10 üçün bu 5 MP-lik, Galaxy A20 üçün isə - 8 MP-lik obyektivlərdir. A10 “Face recognition” funksiyası, А20 isə korpusun arxa hissəsində yerləşən daktiloskopik skaner ilə təchiz olunmuşdur. Sözü gedən smartfonları artıq əldə etmək mümkündür, belə ki, Galaxy A10  qiyməti -279 AZN, Galaxy A20 - 399 AZN təşkil edir.

Galaxy A30, А40  və А50, smartfonları Infinity- U dizaynlı Super AMOLED ekran ilə təchiz olunmuşdurlar. Cihazların yuxarı çərçivəsi frontal kamera üçün nəzərdə tutulmuş xırda çıxıntını ifadə edir, həmçinin, smartfonların yan çərçivələri də olduqca ensizdir.  Galaxy A30 və А 40 ikili əsas kameraya malik smartfonlardır, belə ki, obyektivlərdən biri 16 MP icazəli, digəri ultra geniş isə - 5MP icazəlidir. Lakin, Galaxy A50 kamerasının iş prinsipi onlardan fərqli olaraq üçlü modul üzərində qurulub, bunlardan: 123 dərəcə baxış bucaqlı ultra geniş 8MP-lik,  günün istənilən vaxtında aydın və parlaq şəkillər əldə etmək üçün 25 MP-lik (F1.7) və təsvir dərinliyinin və dəqiqliyinin tənzimlənməsi üçün nəzərdə tutulmuş 5 MP-lik kameranı qeyd etmək olar. Əlavə olaraq,  Galaxy A30  modelinin selfi kamerası – 16 MP-lik, Galaxy А40 və A50 isə 25 MP-lik obyektiv ilə təchiz olunmuşdur. Smartfonlar yerli bazarda artıq satışa çıxarılmışdır, belə ki, А30 dəyəri  – 499 AZN, А40 – 549 AZN və А50 – 649 AZN təşkil edir.

Smartfonlar biri birindən, həmçinin, barmaq izi skaneri tipi ilə fərqlənir. Galaxy A30 və А40 modellərində ənənəvi olaraq daktiloskopik skaner korpusun arxa hissəsində yerləşdirilib, Galaxy A50-də bu skaner bir başa displeyə əlavə edilmişdir.

Samsung Galaxy A70 2400 х 1080 piksel icazəli 6,7” Inifinity U  displeyi ilə fərqlənir. Smartfonun arxa hissəsində üç modullu əsas kamera yerləşdirilib. Belə ki, üst kamera – dərinlik sensorlu, ortancıl - f / 1,7 diafraqmalı 32 MP, üçüncü isə f / 2,2 diafraqmalı 8MP-lik geniş bucaqlı obyektiv ilə təmsil olunub. Həmçinin,qeyd etmək lazımdır, ki, A70 saniyədə 240 kadr sürəti ilə Full HD keyfiyyətli video çəkməyə qadirdir. Galaxy A70 korpusunda barmaq izi skaneri qeyd edilməmişdir, belə ki, burada da A50 moddelində olduğu kimi, daktiloskopik sensor ekran üzərində yerləşdirilmişdir.

Galaxy A80 modelini yeni məhsul xəttinin şah əsəri kimi qəbul etmək olar. Smartfon “çevrilən” kamerası ilə hər kəsi heyrətləndirmişdir. Belə ki, A80 korpusu axarlıqla yuxarı istiqamətdə qalxır və kamera avtomatik olaraq öz oxu ətrafında dövr edir. Tamamilə düzdür, smartfonda yalnız bir dəst kamera nəzərdə tutulub, beləliklə burada əsas modul həm də selfi kamerası rolunu oynayır. A80 ön hissəsinin tam olaraq displey ilə örtülməsi belə bir təkmilləşdirməni tələb edib. Burada fikrinizi yayındıra biləcək məqama rast gəlməyəcəksiniz, belə ki ekran üzərində nə selfi kamerası, nə danışıq dinamikləri nə də daktiloskopik skaner əks etdirilmişdir. Barmaq izi skaneri danışıq dinamikləri ilə birlikdə, ekranın altında yerləşdirilib.

Qeyd edək ki,  A80 modeli Azərbaycan bazarında iyun ayından mövcud olaraq, qiyməti isə – 1349 AZN təşkil edəcək,  А70 smartfonunu isə aprel ayının sonundan etibarən əldə etmək mümkündür, cihazın qiyməti - 849 AZN təşkil edir.

Yeni Galaxy A xəttinin smartfonları haqqında ətraflı məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Reklam hüququnda

 

 

Paylaş:
1390

Son xəbərlər

İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33
Bütün xəbərlər