Samsung mikrodalğalı sobaları düşündüyünüzdən də daha çox şeyə qadirdir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Samsung mikrodalğalı sobaları düşündüyünüzdən də daha çox şeyə qadirdir

11:30 - 18 / 11 / 2017
Samsung mikrodalğalı sobaları düşündüyünüzdən də daha çox şeyə qadirdir

Mikrodalğalı sobaların gəlişi ilə həyatımız xeyli asanlaşıb. Onun köməyilə tez bir zamanda yemək hazırlaya və ya qızdıra, hətta “arktik” buzlarla örtülmüş ərzaqların donunu bir göz qırpımında aça bilərik.

Lakin, təəssüflər olsun ki, bir çox istifadəçilər illər öncə aldıqları mikrodalğalı sobanın nələrə qadir olduğundan xəbərdar deyil. Sobanın əsas imkanlarından biri yemək bişirməkdir. Bəli, yemək qızdırmaq deyil, məhz bişirmək. Multifunksionallığın və unikal dizaynın mükəmməl nümunəsi kimi dünyaca məşhur olan Samsung sobaralarını qeyd etmək olar. Koreya şirkəti geniş imkanları olan hər zövqə uyğun bir çox model istehsal edir. Samsung-un yeni mikrodalğalı sobaları bir çox bişirmə rejimi ilə təchiz olunub. Təqdim olunan 20 rejim sayəsində hər zaman dadlı və faydalı yeməklər əldə edilir. Tərəvəz, düyü, toyuq əti və balıq kimi bir-birindən fərqli yeməkləri asanlıqla bişirilir.

Hətta, mikrodalğalı sobada bu ilk yemək hazırlamağınız olsa belə, əmin olun ki, Samsung-la hər bir yemək dadlı və ləziz olacaq. İndi istənilən yeməyi hazırlamaq üçün sadəcə intuitiv anlaşılan menyunun tələb olunan parametrlərini seçmək kifayətdir. Bu proses çox asandır, birinci növbədə verilən menyu siyahısından Qəlyanaltı, Nahar, Şam yeməyi və ya Bayram menyusunu seçilir. Buna misal olaraq, Qəlyanaltı menyusunu seçərək, №1-li resept – “Yulaf sıyığını” qeyd edilir. 

Tələb olunan inqridientləri hazırlayıb, mikrodalğalı sobaya yerləşdirilir. Və budur, cəmi 6 dəqiqəyə faydalı qəlyanaltı hazırdır, indi soba başında gözləməyə və vaxt sərf etməyə gərək yoxdur. Belə ki, Samsung bunların hamısını sizlərin əvəzinə edir. Siz isə boş vaxtınızı özünüzə həsr edə bilirsiniz.

Samsung mikrodalğalı sobaları hər bir müasir mətbəxə uyğun olan premium dizaynı ilə birlikdə, hətta böyük və irihəcmli qablarda yemək hazırlamaq imkanı yaradır. Əvvəlki ölçülərin qoruyub saxlanılması şərtilə, yeni sobaların daxili həcmi 3 lt artırılıb. İndi istifadə sahəsinin hər bir santimetrindən faydalanaraq, hətta qazanlarda belə yemək bişirmək mümkündür. Bunun sayəsində ailənizlə süfrə arxasında söhbət etməyə daha çox vaxtınız qalır.

Həmçinin, mikrodalğalı sobanın təmizlənməsi də olduqca asandır. Öz bio-keramik örtüyü sayəsində Samsung sobaları hamar səthi və uzun istismar müddəti ilə fərqlənir. Epoksid və paslanmayan metaldan hazırlanan örtüklərdən fərqli olaraq, keramik örtük cızılmalara davamlıdır və antibakterial xüsusiyyətlərə malikdir. İndi yağ ləkəsinə baxmayaraq, mikrodalğalı sobanın daxili kamerası rahat təmizlənəcək və zaman keçdikcə də görünüşü yeni kimi qalacaq.

Hələ də mikrodalğalı sobanı yemək qızdırmaq üçün istifadə edirsinizsə, o zaman  mütləq yeni Samsung sobalarının imkanlarını sınayın.

Samsung mikrodalğalı sobaları haqqında əlavə məlumatı Baku Electronics, Kontakt Home, Optimal, Maxi.Az və Music Gallery mağazalar şəbəkələrinə müraciət etməklə əldə edə bilərsiniz.

Reklam hüququnda

 

 

Paylaş:
839

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər