“Samsung Galaxy S9+” ilk dəfə üzə çıxdı - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Samsung Galaxy S9+” ilk dəfə üzə çıxdı - FOTO

20:35 - 22 / 01 / 2018
“Samsung Galaxy S9+” ilk dəfə üzə çıxdı - FOTO

“Samsung” şirkətinin qabaqcıl “Samsung Galaxy S9” və “Samsung Galaxy S9+” smartfonlarını fevralın 26-dan martın 1-dək Barselonada keçiriləcək “Mobile World Congress” (MWC 2018) sərgisi çərçivəsində nümayiş etdirəcəyinə baxmayaraq Çinin “Weibo” sosial şəbəkəsində smartfonlardan birinin fotoşəkilləri yayılıb.

1news.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, kamera obyektivinə qoşa kamera ilə təchiz edilən və tərəflərinin nisbəti 18:9 təşkil edən bükük ekranlı “Samsung Galaxy S9+” versiyası tuş gəlib.

Şəkillərdəki qurğu həqiqətən müxtəlif nüfuzlu insayderlərin təsvir etdiyi kimi “Galaxy S9 Plus” modelinə çox bənzəyir. Lakin diqqətlə baxdıqda bir neçə vacib detalı görmək mümkündür. Məsələn, ekranın yuxarı və aşağı çərçivələri ötən il təqdim edilən “Galaxy S8” və “Galaxy S8 +” smartfonlarından böyük görünür. Digər istehsalçıların çərçivəsiz modellərə üstünlük verdiyi dövrdə “Samsung” şirkətinin belə addım atacağı müəyyən suallar doğurur. Bundan başqa, kamera əlavəsi hazırkı qurğularda quraşdırılandan bir qədər fərqlənir.

Bunun “Galaxy S9 +” smartfonunun Çin istehsalçıları tərəfindən buraxılan ilkin prototipi və ya keyfiyyətli oxşarı olması istisna edilmir.

Bundan əvvəl verilən məlumatlara görə, “Samsung Electronics” şirkəti qabaqcıl modellərin kütləvi yığılmasına yanvarda başlayacaq, yanvarın sonunda təqdim edəcək, martda isə satışa çıxaracaq. Məlum olub ki, qurğular şüşə korpusla təchiz ediləcək və beş rəng variantında buraxılacaq. Onların kameralarının yeni proqram təminatı ilə təmin ediləcəyi ehtimal olunur.

“Galaxy S9” və “Galaxy S9+” smartfonlarının dizaynının əvvəlki modellərlə müqayisədə dəyişməz qalacağı gözlənilir. “Star 1” və “Star 2” kod adlı qurğular “SM-G960” və “SM-G965” model sırası ilə göstərilir. Ekranlar da  dəyişməz qalacaq - bükük haşiyəli 5,8 və 6,2 düym diaqonallı çərçivəsiz “Super AMOLED” displeylər.

Bildirilir ki, “Galaxy S9” və “Galaxy S9+” 10 nanometrlik “Qualcomm Snapdragon 845” prosessoru bazasında ilk və bir müddət yeganə smartfonlar olacaq. Yeni çipdən ABŞ bazarı üçün nəzərdə tutulan “Galaxy S9” modellərində istifadə ediləcək, digər regionlar üçün smartfonun əsasını  10 nanometrlik “Samsung Exynos 9810” platforması təşkil edəcək.

“Galaxy S9+” versiyasının böyük ekranla yanaşı, “Galaxy S9”-da quraşdırılan 4 giqabayta nisbətdə iritutumlu - 6 giqabaytlıq operativ yaddaş, eləcə də “Galaxy Note 8” modelində olduğu kimi, qoşa kamera ilə təchiz ediləcəyi gözlənilir. Bundan başqa, modellər 64 giqabaytlıq quraşdırılmış yaddaş, “microSD” kartları üçün slot və 3,5 millimetrlik çıxışla təchiz olunacaq. Həmçinin “AKG” stereodinamikləri qeyd edilir.

Tək və ya qoşa kameradan asılı olmayaraq hər iki smartfonun arxa panel elementləri barmaq izi skaneri kamera modulu altında olmaqla vertikal şəkilli olacaq.

1news.az

Paylaş:
868

Son xəbərlər

Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41
Bütün xəbərlər