Samsung Galaxy Note9-un innovativ və intellektual kamerası  | 1news.az | Xəbərlər
İqtisadiyyat

Samsung Galaxy Note9-un innovativ və intellektual kamerası 

10:00 - 05 / 10 / 2018
Samsung Galaxy Note9-un innovativ və intellektual kamerası 

Bu gün Samsung Galaxy Note9 smartfonun kamerası haqqında danışacağıq.

Bu günlərdə nüfuzlu DxOMark nəşrinin ekspertləri yeni Samsung Galaxy Note9 flaqman smartfonunun kamerasının icmalını dərc edib, çəkdiyi şəkillərin keyfiyyətinə görə onu 107 balla qiymətləndiriblər. Beləliklə, yeni smartfonun kamerası hansı üstünlüklərə malikdir? Əvvəlcədən deyək ki, onun innovativ və intellektual adlandırılması əbəs yerə deyildir.

Birincisi, dəyişən diafraqma – ikiqat aperturalı kamera: əsas genişbucaqlı obyektiv F1.5 və F2.4 aperturası rejimini dəstəkləyir. Bu ona dünyanı insan gözü gördüyü kimi “görməyə” imkan verir. İstənilən işıqlandırma şəraitində gözəl şəkillər yaratmaq məqsədilə iki rejim arasında avtomatik olaraq keçid edə bilir: obyektiv qaranlıqda daha çox işıq buraxmaq üçün genişlənir, gur işıqda isə aydın kontrastlı şəkillər çəkmək üçün yığılır.

İkincisi, zəif işıqlandırma şəraitində HDR rejimi mümkündür ki, bu rejim hətta qaranlıqda aydın kontrastlı şəkillər çəkməyə imkan verir.

İki qat optik yaxınlaşdırmanı dəstəkləyən əsas ikili kamera – 12 MP + 12 MP-dir. Telefoto və genişbucaqlı obyektivlər sayəsində hətta yaxınlaşma rejimində dəqiq şəkillər çəkmək mümkündür, ikiqat optik sabitləşdirmə isə kameranın titrəməsini kompensasiya edir, ona görə şəkillər tam aydın alınacaq.   

“Canlı fokus” funksiyası hətta qaranlıqda belə inanılmaz portretlər çəkməyə imkan verir. Yüngül yayılmış fon sayəsində “canlı fokus” kadrda üzləri ayırd edir, zəif işıqlandırma şəraitində isə kamera eyni vaxta bir neçə şəkil çəkir və onları aydın təsvirdə birləşdirir. Hətta öz yaradıcı tərəfinizi də göstərə və şəkildə fonla eksperiment edə bilərsiniz. Kamera avtomatik olaraq 20-dək müxtəlif səhnə tanıyır və şəkillərin rəngini və kontrastını optimallaşdırır. 

Bundan başqa, kameranın 20 mümkün rejimi mövcuddur: Yemək, Portret, Güllər, Otaq, Heyvanlar, Peyzaj, Ot, Ağaclar, Səma, Dağlar, Çimərlik, Günün çıxması və Günün batması, Sahil, Küçə, Gecə, Şəlalə, Qar, Quşlar, Arxa işıqlandırma, Mətn. 

Foto alınmasa, “Qüsurların aşkar edilməsi” funksiyası ekranda müvafiq yazı ilə bu barədə məlumat, hətta nə etmək üzrə məsləhət verəcək. Məsələn, şəkilə işıq düşürsə, HDR rejimini qoşmaq məsləhət görüləcək; portretdə insan gözünü yumubsa, şəkili yenidən çəkmək, şəkil bulanıqdırsa, kameranın linzasını silmək məsləhət görüləcək.

8 MP-li ön kamera da yeni funksiyalar ilə təchiz olunub, o, üzləri avtomatik olaraq tanıyır və onları fokusa yerləşdilir, bu səbəbdən ideal şəkil çəkmək indi çox asanlaşıb. Bluetooth funksiyasına malik innovativ S Pen elektron qələmi ilə şelfi çəkmə prosesini yenidən kəşf ediləcək. Smartfondan 10 metr aralı olsanız belə, düyməni basmaq kifayət edir.     

İndi isə Galaxy Note9 kamerasının böyük sürətlə yazdığı video haqqında: hər andan xırdalıqları ilə həzz almaq üçün bir saniyədə 960 kadr. Çox yavaş çəkiliş rejimi yalnız HD icazəsini dəstəkləyir. Video çarxlarını isə həm avtomatik (kadr sahəsində hərəkətin müəyyən edilməsi), həm də əllə (dərhal işə düşür) yazmaq olar. Adi çəkiliş rejimində  0.4 saniyəlik video saniyədə 960 kadr sürəti ilə 12 saniyə ərzində göstərilir. Digər çəkiliş rejimlərində 0.2 saniyəlik video 6 saniyə ərzində göstərilir (çoxtapşırıqlı  rejimdə bir saniyədə 980 kadradək).  

“Canlı fotolar” rejimi də maraqlıdır və burada ikinci kamera nəinki optik zum, həm də burada bir neçə müxtəlif şablon verilə biləcək arxa planın bulanıqlaşdırlması üçün yararlı ola bilər.   

Samsung haqqında daha ətraflı məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Reklam hüququnda

 

Paylaş:
354

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər