Samsung Galaxy Note 9 – smartfonlar dünyasında əsl yenilikdir – tezliklə Bakıda | 1news.az | Xəbərlər
İqtisadiyyat

Samsung Galaxy Note 9 – smartfonlar dünyasında əsl yenilikdir – tezliklə Bakıda

10:00 - 20 / 08 / 2018
Samsung Galaxy Note 9 – smartfonlar dünyasında əsl yenilikdir – tezliklə Bakıda

Samsung Galaxy Note 9 flaqmanının  Azərbaycanda satışa çıxarılmasının rəsmi başlanğıc tarixi 31 avqust elan edilib. 

Görəsən, yeni smartfon bizi  nə ilə  sevindirəcək? Gəlin araşdıraq.

Yeni modeldə əsas yeniliklər baş verib:

- Yenilənmiş və bluetooth ilə çalışan S Pen qələmi, artırılmış akkumulyator, iki dəfə artmış daxili yaddaş (128GB), intellektual kamera

Yeni modelin bir neçə əsas üstünlüklərinə diqqət yetirək. 

Galaxy Note 9 modelində istehsalçı S Pen stilusunun imkanlarını nəzərəçarpacaq dərəcədə genişləndirib. Aksessuara Bluetooth modulu əlavə edilib və ekranda qeydlər aparmaqdan başqa, onun vasitəsilə telefonu məsafədən idarə etmək mümkündür. Məsələn, S Pen stilusunu şəkil çəkmək üçün və ya musiqinin başladılması və ya dayandırılması düyməsi kimi istifadə etmək olar. Maraqlısı odur ki, smartfonla bir dəstdə təqdim edilən stilusun və onun ekranda təsvirinin rəngi artıq smartfonun rəngindən asılıdır. Məsələn, sarı stilus sarı rənglə çəkəcək. Ən əsası odur ki, kənar istehsalçılar tərəfindən stilusun imkanları daima genişləndiriləcək.

Texniki xüsusiyyətlərə gəldikdə isə, əsas xoşagələn dəyişiklik quraşdırılmış yaddaşın minimal həcminin iki dəfə artmasıdır, yəni 6 GB operativ yaddaşda 128 GB-dək.  Bununla yanaşı, 512 GB həcminə malik Mikro SD kartını əlavə etmək imkanı da var.   

Daha bir xoş dəyişiklik 3300 mAs-dan 4000 mAs-dək artırılmış akkumulyatordur. Bu akkumulyator smartfonun ən azı 1 gün ərzində əlavə enerji ilə doldurmadan fasiləsiz işləməsini təmin edir.

Bundan başqa, Samsung DeX funksiyasına əhəmiyyətli dəyişikliklər əlavə  edilib: artıq fəaliyyəti üçün dok-stansiya tələb olunmur. Smart-pad birbaşa monitora qoşula bilər və ondan desktoplu PK kimi istifadə etmək olar.

Samsung Note 9-da giriş/çıxış yuvaları dəstini dəyişməyib: yaddaş kartı üçün slotu, qulaqcıqlar üçün audiogiriş 3,5 mm və nəbzölçən dəyişilməz olaraq qalıb.  

Samsung Galaxy Note 9 həmçinin toz və sudan IP 68 standartı üzrə mühafizə olunub. Bu isə onun 1,5 metr dərinlikdə distillə edilmiş suda yarım saat ərzində işləmək qabiliyyətinə  malik olması deməkdir.

Galaxy Note 9 ekranı Super AMOLED texnologiyası üzrə hazırlanıb, displeyin diaqonalı bir qədər böyüyüb və 6,4 düyüm təşkil edir.

Sevindirici haldır ki, şirkət 3,5 mm-lik audio-girişdən imtina etməyib, Dolby Atmos həcmli səsi dəstəkləyən AKG stereo dinamikləri, NFC modulu var, həmçinin naqilsiz enerji yığma cihazını və Bluetooth 5.0 dəstəkləyir, korpusu isə IP68 standartı və 7000-ci seriya alüminium ilə mühafizə edilib.     

Sələfi ilə müqayisədə ən əsas xarici dəyişikliyi, arxa kameranın ikili modulundan aşağı daşınmış barmaq izləri skaneridir. Yeni model istehlakçılara üç rəngdə təqdim ediləcək: qızılı (mis), göy və qara.

Kamera haqqında xüsusi olaraq danışmaq lazımdır. 12 MP-lik əsas modul həmçinin qaranlıqda gecə çəkilişi və açıq işiqda çəkiliş aparmaq üçün diafraqmanı f/1,5 və f/2,4 arasında dəyişmək bacarığına malikdir. İkinci modul ikiqat optik yaxınlaşdırma ilə çəkiliş aparmağa imkan verir və portret şəkillərinin yaradılmasında istifadə olunur. Bundan başqa, artıq hazır olan şəkillərdə arxa fonun bulanıqlıq dərəcəsini dəyişmək imkanı yaradılıb. 960 kadr tezlikli yavaşıdılmış videonun yazılış vaxtı 0,4 saniyəyədək artırılıb ki, bu da Galaxy S9 və Galaxy S9 Plus ilə müqayisədə 2 dəfə artıqdır.

Kamera süni intellekt ilə təchiz edilib və optimal çəkiliş rejimini seçməklə, 20-yə yaxın səhnələri tanıyır. Bundan başqa, smartfon yayılmış və gözlər bağlı düşmüş şəkilləri tapır və istifadəçiyə  bunun barədə məlumat verir.

Mühüm olan odur ki, yeni modeldə soyutma sistemi təkmilləşdirilib ki, bu da smartfonun həddindən artıq qızmasını və üstəlik, daha çox xoşagəlməz hadisələrin baş verməsini istisna edir.

Yeni flaqmanın qiyməti 2099 AZN təşkil edir və bununla yanaşı 16 sentyabradək bu cihazı əldə  edən  hər bir alıcıya naqilsiz enerji yığma cihazı və (Power Pack) enerji yığma cihazlar dəsti təqdim ediləcək.

Samsungun Azərbaycanda rəsmi partnyorları:  Baku Electronics, Kontakt Home, Irshad Electronics, Maxi.az, Soliton mağazasıdır.

Reklam hüququnda

 

Paylaş:
1033

Son xəbərlər

Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21
Bütün xəbərlər