Samr Şah: Azərbaycanda fəaliyyətimizin əsas hədəfi ingilis dili bacarıqlarının inkişafıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Samr Şah: Azərbaycanda fəaliyyətimizin əsas hədəfi ingilis dili bacarıqlarının inkişafıdır

15:25 - 12 / 12 / 2018
Samr Şah: Azərbaycanda fəaliyyətimizin əsas hədəfi ingilis dili bacarıqlarının inkişafıdır

“British Council” Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq biznes ictimaiyyəti ilə əməkdaşlıq çərçivəsində fəaliyyətini genişləndirir. Azərbaycanda fəaliyyətimizin əsas hədəfi ingilis dili bacarıqlarının inkişaf etdirilməsi, beynəlxalq miqyasda tanınan imtahanların təmin olunması, incəsənət sahəsində Birləşmiş Krallıq ilə Azərbaycan arasında əməkdaşlığa töhfə verilməsi, eləcə də ali təhsil müəssisələri və vətəndaş cəmiyyətinin potensialının artırılmasıdır.

1news.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Samr Şah deyib.

O bildirib ki, “British Council” Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatıdır:

“Biz 6 qitədə və 100-dən çox ölkədə fəaliyyət göstəririk. Bu gün Bakıda Birləşmiş Krallığın ali təhsil müəssisələrindən məzun olmuş şəxslərin seçdikləri sahələrdə gördükləri işlərə görə mükafatlar təqdim olunur”.

Samr Şah deyib ki, peşəkar nailiyyət mükafatı fəaliyyət göstərdikləri peşə sahəsində nümunəvi liderlik və qazandığı uğurlarla müsbət təsir yaratmış şəxslərə şamil olunur. Bu mükafata Tural Məhərrəmov layiq görülüb. Sahibkarlıq mükafatı innovativ və yaradıcı ideyalara sahib olan, eləcə də güclü inkişaf potensialı yaradacaq biznes imkanlarını irəli sürmək və ya onları dəstəkləmək baxımından fəal olan Birləşmiş Krallıq məzunlarına verilir. Bu mükafata Ayan Əliyeva layiq görülüb. Sosial təsir mükafatı cəmiyyətə müstəsna və müsbət töhfələr vermiş, eləcə də digər insanların həyat səviyyəsini yaxşılaşdırmaq üçün xidmət göstərmiş məzunlara verilir. Bu mükafat isə Turxan Əlizadəyə təqdim edilib.

“Bu mükafatlar son beş ildə Britaniyada təhsil almış azərbaycanlıların nailiyyətlərini əks etdirir. “British Council” qarşısına Azərbaycanda çoxlu sayda insanlara ingilis dilini öyrənməkdə kömək göstərmək məqsədini qoyub. 2019-cu ildə “British Council” təşkilatının Azərbaycanda fəaliyyətə başlamasının 25 illiyi qeyd olunacaq. Bizim təhsil sahəsində reallaşdırmaq istədiyimiz bir çox layihələr var. Bunların arasında ingilis dilinin daha çox tədris olunması və hər il yaz aylarında olduğu kimi, növbəti “Britaniya Bahar Film Festivalı”nı keçirməyi planlaşdırırıq”, - deyə Samr Şah əlavə edib.

P.Sultanova

 

 

 

 

 

Paylaş:
763

Son xəbərlər

“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıbBu gün, 15:03Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27
Bütün xəbərlər