1news.az

Samara-Bakı aviareysi açılır

13 Mart saat 16:57 ~ 1 dəqiqəlik oxu 54
Samara-Bakı aviareysi açılır

Rusiyanın "Ural Hava Yolları" şirkəti 2019-cu il aprelin 5-dən Samara-Bakı-Samara marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, reyslər cümə günləri "Airbus А320" təyyarələri ilə həyata keçiriləcək.

Bir istiqamətə minimal tarif 97 avro (bütün yığımlar nəzərə alınmaqla) təşkil edəcək.

Qeyd edək ki, "Ural Hava Yolları" Rusiyanın sərnişindaşımanın həcminə görə aparıcı şirkətlərindən biridir. 2018-ci ilin yekunu üzrə 9 000 579 nəfər (2017-ci illə müqayisədə 13 faiz çox) şirkətin xidmətlərindən yararlanıb.

1news.az

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net