SAM-ın xüsusi nəşrinin növbəti sayı işıq üzü görüb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

SAM-ın xüsusi nəşrinin növbəti sayı işıq üzü görüb – FOTO

11:42 - 20 / 11 / 2017
SAM-ın xüsusi nəşrinin növbəti sayı işıq üzü görüb – FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) xüsusi nəşri olan SAM-ın şərhlərinin “İmmiqrasiya və Qərbi Avropada ifrat sağ populizmin yüksəlişi” mövzusundakı növbəti sayı işıq üzü görüb.

1news.az-a SAM-dan verilən xəbərə görə, SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin məsləhətçi-eksperti Ayaz Rzayevin müəllifi olduğu yeni nəşrdə son zamanlar Qərbi Avropada, xüsusilə Fransa, Almaniya, Böyük Britaniya, İsveç, Avstriya, Niderland və İtaliya kimi ölkələrdə müşahidə olunan ifrat sağ populizmin yüksəlişi və bu yüksəlişdə immiqrasiya amilinin rolu təhlil edilir.

Beş fəsildən ibarət olan bu araşdırmanın əsas məqsədi Qərbi Avropa ölkələrində populist ifrat sağ partiyaların güclənməsinə kütləvi immiqrasiya axınlarının, xüsusilə 2015-ci ildən bəri yaşanan miqrasiya böhranının təsirini qiymətləndirməkdir. Araşdırmanın birinci fəslində müasir ifrat sağ populizmin yaranma tarixi və inkişaf dinamikası nəzərdən keçirilir, ifrat sağ partiyaların istifadə etdiyi siyasi diskursun tarixi kökləri təhlil edilir. İkinci fəsildə ifrat sağ partiyaların yüksəlməsində və ciddi nüfuz qazanmasında bu partiyaların antiimmiqrant mövqelərinə, xüsusilə Yaxın və Orta Şərqdən olan müsəlman immiqrantlara qarşı münasibətlərinə aydınlıq gətirilir.

Üçüncü və dördüncü fəsillərdə Qərbi Avropa ölkərində seçicilərin immiqrasiya ilə bağlı artan narahatçılıqları, bu narahatçılıqların ifrat sağ partiyalara verilən səslərin artımındakı rolu qiymətləndirilir. Bununla yanaşı, miqrasiya və inteqrasiya proseslərinin Qərbi Avropa ölkələrində səbəb olduğu ziddiyyətlər və həmin ziddiyətlərin ifrat sağ partiyalar tərəfindən geniş şəkildə öz məqsədləri üçün istifadə edilməsi də  araşdırmada əksini tapmışdır. Araşdırmanın sonuncu fəslində isə Qərbi Avropa ölkələrindəki hakim partiyaların ifrat sağ populizmin yüksəlişinə münasibəti təhlil edilib.

S.Xankişiyeva

Paylaş:
753

Son xəbərlər

Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22Agentlikdən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ22 / 04 / 2024, 17:17Putin: Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb22 / 04 / 2024, 17:02ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!22 / 04 / 2024, 16:59Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub22 / 04 / 2024, 16:50Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - FOTO22 / 04 / 2024, 16:36Azərbaycana mənsub sulara icazəsiz daxil olan şəxslər saxlanıldı, narkotik aşkarlandı - FOTO -VİDEO22 / 04 / 2024, 16:19“Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir - FOTO - VİDEO22 / 04 / 2024, 16:10Kəndlərin qaytarılmasına etiraz edən erməni silahlılar saxlanıldı - FOTO22 / 04 / 2024, 15:58Ağdərədə xeyli silah-sursat aşkarlandı22 / 04 / 2024, 15:44
Bütün xəbərlər