SAM-ın xüsusi nəşri işıq üzü görüb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

SAM-ın xüsusi nəşri işıq üzü görüb – FOTO

12:50 - 23 / 02 / 2018
SAM-ın xüsusi nəşri işıq üzü görüb – FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) xüsusi nəşri olan SAM-ın şərhlərinin (SAM Comments) jurnalının “Trans-Xəzər əməkdaşlığı: Coğrafi məhdudiyyət «lənət» inin aradan qaldırılması” mövzusunadakı  XXII sayı işıq üzü görüb.

Mərkəzin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin  aparıcı elmi işçi Azad Qəribovun müəllifi olduğu yeni nəşr Avrasiya qitəsinin mərkəzində yerləşən, inkişaf etməkdə olan və dünya okeanına birbaşa çıxışı olmayan dövlətlərin geosiyasi və iqtisadi inkişafı ilə bağlı üzləşdiyi çətinliklər və bu kimi problemlərin aradan qaldırılması istiqamətindəkı mübarizə yollarının araşdırılmasına həsr edilib.

İki hissədən ibarət olan araşdırmanın birinci hissəsində birbaşa okeana çıxışı olmayan ölkələrin geosiyasi və iqtisadi baxımdan bu “lənət” dən əziyyət çəkməsi və sözügedən coğrafi məhdudiyyətin Xəzər dənizi regionunda yerləşən ölkələr üçün doğurduğu mənfi nəticələr araşdırılmaqla yanaşı,  Mərkəzi Asiyanın okeana çıxışı olmayan dövlətlərinin regional inteqrasıyasının təmin edilməsində Mərkəzi Asiya Əməkdaşlıq Təşkilatının  fəaliyyəti və bu istiqamətdə indiyədək nəzərəçarpan nəticənin hasil olmaması ilə bağlı məsələlərə də aydınlıq gətirilib.

Nəşrin ikinci hissəsi coğrafi məhdudiyyətlər kontekstində əldə edilmiş  Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığına həsr edilib. Araşdırmanın sonuncu hissəsində Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında dövlət müstəqilliyinin bərpa edilməsindən sonrakı dövrdə əldə edilmiş  iqtisadi-siyasi əməkdaşlığa dair ümumi məlumat verilməklə yanaşı, eləcə də Trans-Xəzər enerji dəhlizinin əsasının qoyulmasına dair enerji siyasəti və Trans-Xəzər-Şərq-Qərb yük nəqliyyatı dəhlizi ilə bağlı müəllifin hərtərəfli və müasir yanaşması təqdim edilib.

S.Xankişiyeva

Paylaş:
527

Son xəbərlər

İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00
Bütün xəbərlər