SAM eksperti: “Cənub Qaz Dəhlizi” Azərbaycanın siyasi və iqtisadi əlaqələrini daha da möhkəmləndirəcək   | 1news.az | Xəbərlər
İqtisadiyyat

SAM eksperti: “Cənub Qaz Dəhlizi” Azərbaycanın siyasi və iqtisadi əlaqələrini daha da möhkəmləndirəcək  

13:29 - 02 / 06 / 2018
SAM eksperti: “Cənub Qaz Dəhlizi” Azərbaycanın siyasi və iqtisadi əlaqələrini daha da möhkəmləndirəcək  

Mayın sonunda Bakıda region ölkələri və Avropa İttifaqının energetik təhlükəsizliyi üçün vacib əhəmiyyət kəsb edən “Cənub Qaz Dəhlizi”nin (CQD) birinci hissəsi istismara verildi.

Bu tarixi tədbirdə iştirak etmək üçün Bakıya OPEK-in baş katibi, Gürcüstan, Türkiyə, İngiltərə, ABŞ və digər ölkələrdən nümayəndələr gəldi.

“Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi məsələlərinin həllinə də kömək göstərəcək. Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən çox asılıdır”, - bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Səngəçal terminalında “Cənub Qaz Dəhlizi”nin rəsmi açılış mərasimində bəyan edib.

Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli layihədir:

“Bu layihədə Azərbaycanın həm mənbələrin, həm marşrutların şaxələndirilməsini görürük. Çünki ancaq bu təqdirdə biz tam mənada enerji resurslarının şaxələndirilməsi haqqında danışa bilərik”.

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) energetik məsələlər üzrə baş elmi işçisi, Ümumdünya Energetika Şurasının Qlobal Qaz Mərkəzinin eksperti, Oksford Universitetinin Energetik məsələlər üzrə eksperti Gülmira Rzayeva 1news.az-a verdiyi müsahibə zamanı “Cənub Qaz Dəhlizi” layihəsilə bağlı fikirlərini bölüşüb.

“Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın istər region ölkələri, istərsə də Aİ ölkələri ilə siyasi və iqtisadi münasibətlərini möhkəmləndirərək bu cür əlaqələrin coğrafiyasını daha da genişləndirəcək”, - deyə G.Rzayeva bildirib.

Onun sözlərinə görə, CQD məhz Azərbaycan, Gürcüstan və Türkiyənin strateji məqsədlər üçün coğrafi vəziyyətindən istifadə etməsi üçün geniş infrastruktur enerji layihəsidir:

“Bu layihə təkcə Azərbaycanı qaz ixracatçısı edərək onun Qərb üçün əhəmiyyətini artırmır, eləcə də ölkəni vacib nəqliyyat qovşağına çevirir. CQD-nin genişlənməsi zamanı onun vasitəsilə Türkmənistan, İraq, Kipr və digər ölkələrdən qaz keçəcək”.

Onun sözlərinə görə, CQD-nin genişləndirilməsi zamanı ondan 26 milyard kubmetr qaz ötürülə bilər ki, bu da 2024-25-ci illəri əhatə edəcək. 2026-cı ildə buradan qazın ötürülmə həcmi 31 milyard kubmetrə qədər yüksələ bilər.

Azərbaycan üçün avropalı alıcılarla imzalanmış uzunmüddətli müqavilər böyük nailiyyətdir, bunlarsız CQD layihəsi mümkün olmazdı:

 “Avropa bazarında qaz sahəsində böyük rəqabət var. Azərbaycanın Avropa alıcı şirkətləri ilə 25 illik müqavilələrə sahib olması, onu etimad yaradan uğurlu satıcı kimi xarakterizə edir”.

O, qeyd edib ki, CQD üzrə “Şahdəniz-2” vasitəsilə İtaliya ildə 8 milyard kubmetr qaz əldə edəcək:

“Yunanıstan isə il ərzində 1 milyard kubmetr qaz əldə edəcək. Beləliklə, Azərbaycan qazı Aİ-yə enerji daşıyıcılarını şaxələndirilməsində kömək edəcək. SOCAR və Avropada fəaliyyət göstərən 9 şirkətin müqavilələrinə əsasən, Azərbaycan optimal maliyyə gəliri əldə edəcək, Avropa isə sərfəli qiymətə qaz alacaq”.

SAM eksperti SOCAR və Türkiyənin Botos şirkəti arasında 15 illik müqaviləyə əsasən “Şahdəniz-2” vasitəsilə qaz tədarükünün qiymət aspektinə toxunaraq qeyd edib:

 “Vacib məqamdır ki, Azərbaycanın Türkiyədə qaz tədarükü üçün yeri var. Belə ki, bu bazarda qazın qiyməti Avropa ilə müqayisədə bahadır. Bu da Azərbaycana stabil gəlir gətirəcək”.

Xatırladaq ki, Türkiyə 2024-cü ilə qədər qazın sutkalıq alışını 253 milyon kubmetrdən 473 milyon kubmetrə qədər artıracaq. Bu da bazarda rəqabətin artımına səbəb olacaq.

Azərbaycan Türkiyənin qaz aldığı Rusiya və İrandan başqa üç ölkədən biridir.

Türkiyə 2007-ci ildən indiyədək “Şahdəniz-1” yatağı vasitəsilə Azərbaycan qazını əldə edir ( illik 6,6 milyard kubmetr). Müqaviləyə əsasən bu tədarüklər 2021-ci ilə qədər sona çatacaq. Lakin müqaviləni uzadılması istisna deyil ki, hazırda bu sahədə danışıqlar aparılır.

2018-ci ilin iyunun 12-dən etibarən Türkiyə TANAP-ın istismarına başlayacaq. Bu da “Şahdəniz-2” layihəsinin qaz tədarükünün kommersiya başlanğıcıdır.

“Şahdəniz-2” vasitəsilə Türkiyəyə qaz tədarükünün qrafikinə əsasən, bu ölkəyə il ərzində 2 milyard kubmetr qaz, ikinci il isə 4 milyard kubmetr qaz, 2021-ci ildə isə 6 milyard kubmetr qaz tədarük olunacaq. Bununla yanaşı, tranzit qaz tədarükü hesabına TANAP-ın gücü 31 milyard kubmetrə qədər artırıla bilər.

“Məhz TANAP hesbına Türkiyə sərfəli coğrafi vəziyyətdən istifadə edərək tranzit enerji resurslarını istifadə edə bilər. Bu, Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığının növbəti təsdiqdir”, - deyə G.Rzayeva qeyd edib.

Prezident İlham Əliyev CQD-nin rəsmi açılış mərasimində qeyd edib ki, “Cənub Qaz Dəhlizi”nin icrasında yeddi ölkə iştirak edir.

“Mən o ölkələrin adlarını bu gün çəkmək istərdim - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Bax, geniş beynəlxalq əməkdaşlıq yaradılıb.

Eyni zamanda, üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi əminəm ki, növbəti mərhələdə bu layihəyə qoşulacaqlar. Cənub Qaz Dəhlizinin qolları olmalıdır. Biz ixrac imkanlarımızı genişləndirmək istəyirik. Bilirik ki, Avropada da Azərbaycan qazına tələbat var. Biz də istəyirik daha çox qazı Avropaya sataq, çünki Avropa bazarı bizim üçün ən əlverişli bazardır.

“Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi məsələlərinin həllinə də kömək göstərəcək. Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən çox asılıdır”.

Tərcümə: S.Xankişiyeva

 

 

 

Paylaş:
1676

Son xəbərlər

Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18
Bütün xəbərlər