SAM Azərbaycan-İran əməkdaşlığına dair kitab nəşr edib | 1news.az | Xəbərlər
Siyasət

SAM Azərbaycan-İran əməkdaşlığına dair kitab nəşr edib

10:33 - 25 / 04 / 2018
SAM Azərbaycan-İran əməkdaşlığına dair kitab nəşr edib

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) yeni nəşri – “Azərbaycan-İran əməkdaşlığı: Əsas istiqamətlər və İmkanlar” kitabı işıq üzü görüb.

1news.az-a SAM-a istinadla verdiyi xəbərə görə, kitab iki dildə - Azərbaycan və ingilis dillərində nəşr edilib. Layihənin rəhbəri SAM-ın direktoru Fərhad Məmmədov, kitabın elmi redaktorları isə SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyev və baş elmi işçi Məsiağa Məhəmmədidir.

SAM əməkdaşlarının məqalələrindən ibarət topluda Azərbaycan Respublikası ilə qonşu İran İslam Respublikası arasında əməkdaşlıq əlaqələrinin başlıca istiqamətləri və potensial imkanları nəzərdən keçirilir.

Kitabda ikitərəfli siyasi münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, regional təhlükəsizlik kontekstində və üçtərəfli (çoxtərəfli) formatlarda Azərbaycan-İran əməkdaşlığı, iqtisadi-ticarət, nəqliyyat və tranzit, habelə energetika, mədəniyyət və turizm sahələrində əlaqələrin mövcud durumu və imkanları, eləcə də Xəzər dənizində əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.

Son dörd ildə Azərbaycan-İran iqtisadi və ticarət əlaqələri sürətlə inkişaf edib. İki ölkə arasında ticarət dövriyyəsi yüksəlmiş, qarşılıqlı investisiya qoyuluşları artmış, birgə istehsal müəssisələri yaradılıb. Nəqliyyat və tranzit sahəsində əməkdaşlıq yaxşı nəticələr verib. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması təkcə ikitərəfli əlaqələri deyil, bütövlükdə regional əməkdaşlığı yeni səviyyəyə qaldıracaq.

Uzun illər mübahisə predmeti olan Xəzər dənizində birgə fəaliyyət üçün əlverişli perspektivlər açılıbş, Xəzərin sülh, əməkdaşlıq və təhlükəsizlik dənizinə çevrilməsi üçün əhəmiyyətli addımlar atılıb. Energetika və neft-qaz sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar yaranıb.

Mədəni və humanitar əlaqələr iki ölkənin münasibətlərində mühüm yer tutur və ilbəil genişlənir. Eyni zamanda, son illər sürətlə inkişaf edən turizm əlaqələri iki ölkə arasında perspektivli əməkdaşlıq sahələrindən biri sayılır.

Bütün bu mövzular kitabdakı məqalələrdə müfəssəl şəkildə araşdırılmış və iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi və inkişafı üçün müvafiq təklif və tövsiyələr irəli sürülüb.

Azərbaycan-İran əməkdaşlığı: Əsas istiqamətlər və İmkanlar

S.Xankişiyeva

 

Paylaş:
562

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər