Şagirdi ilə ailə quran jurnalist Əlibəylini özündən çıxardı: “Bu tipi kim gətirib bura?!” – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şagirdi ilə ailə quran jurnalist Əlibəylini özündən çıxardı: “Bu tipi kim gətirib bura?!” – VİDEO

12:02 - 11 / 12 / 2018
Şagirdi ilə ailə quran jurnalist Əlibəylini özündən çıxardı: “Bu tipi kim gətirib bura?!” – VİDEO

Xəbər verildiyi kimi, jurnalist Mirismayıl Xələflinin “Space” telekanalında yayımlanan “El bizim, sirr bizim” verilişindəki çıxışı qalmaqala səbəb olub. Onun 7-ci sinif şagirdi ilə evlənməsini etiraf etməsi günün müzakirə mövzusuna çevrilib.

1news.az-ın Baku.ws-ə istinadən verdiyi xəbərə görə, sözügedən proqramın aparıcısı Elçin Əlibəyli jurnalistin etirafını eşitdikdən sonra əsəblərinə hakim ola bilməyib.

O, qəzəbli halda studiyada əyləşən digər qonaqlara, xüsusilə də təhsil eskpertinə bunları deyib:

“Mən burada sakit oturub qulaq asan cənablara baxıram. Siz niyə susursunuz və niyə danışmırsınız? Siz ziyalı olmaq iddiasındasınız. Nə vaxt səsiniz gələcək?! Gərək həmişə, hər verilişdə mən danışım ki, sonra desinlər ki, Elçin Əlibəyli qonaqları ilə kobud rəftar edir? Bu insana özgə nə deyəsən?!”

Daha sonra jurnalist Mirismayıl Xələfli dediyi sözlərə bəraət qazandırmağa çalışıb:

“17 yaşına çatandan sonra ilə qurmuşam. Qız qohumum idi. Bu, mənim şəxsi fikrimdir. Elçin müəllim, sizin ananız sovet dövründə oxuyub. İndi bugünkü dövrdə tamam fərqlidir. Cəmiyyətdə başqa cür proseslər gedir. Uşaq valideynin nəzarəti altında oxumalıdır, dərsə gedib-gəlməlidir. Uşağı ucqar kənddən göndərirlər Bakıya. Valideyn maraqlanmır. Niyə mənimlə razılaşmırsınız?”

Jurnalisti “feodal tip” adlandıran Əlibəyli bunları əlavə edib:

“Təhsil alanlar əxlaqsızdırlar? Biz nə vaxta kimi ki, bu neqativləri, eybəcərlikləri gizlədiriksə, onlar cəmiyyətdə xərçəng xəstəliyi kimi yayılır və cəmiyyətimizi xəstələndirir. Burada belə insanlara ictimai qınaq olmalıdır. Tamaşaçı görməlidir ki, bu insanların hərəkəti həqiqətən nəinki mədəniyyətə, nəinki ağıla, nəinki şüura, ümumiyyətlə, cəmiyyəyə ziyandır. Mən artıq özümü həqiqətən cilovlaya bilmirəm. Mən təsəvvür edə bilməzdim ki, mətbuatda olan insan bu cür təfəkkürdə olsun.Mən bunu ağlımın ucundan da keçirmirdim”.

1news.az

Paylaş:
522

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər