Şabranda “Dini maarifçilik işinin təşkili: təcrübə və yeni yanaşma” adlı konfrans keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şabranda “Dini maarifçilik işinin təşkili: təcrübə və yeni yanaşma” adlı konfrans keçirilib

17:53 - 13 / 12 / 2017
Şabranda “Dini maarifçilik işinin təşkili: təcrübə və yeni yanaşma” adlı konfrans keçirilib

Dekabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Şabran Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini maarifçilik işinin təşkili: təcrübə və yeni yanaşma” adlı konfranş baş tutub.

1news.az-ın məlumatına görə, Şabran şəhəri Heydər Əliyev Mərkəzində baş tutan konfransda rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin direktor müavinləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan  Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mehdi Balabəyov dini sahədə maarifləndirmə işinin təhsil müəssisələrində düzgün səviyyədə təşkil olunmasının önəminə toxunub. Yeniyetmə və gənclərin böyük əksəriyyətinin məhz məktəb yaşı dövründə aldığı biliklər hesabına formalaşdığını diqqətə çatdırıb. Mehdi Balabəyov bu səbəblərdən bu yaş kateqoriyasına daxil olanlar arasında milli-mənəvi dəyərlərin təbliği və ənənəvi İslam dininin düzgün çatdırılması sahəsində həyata keçirilən maarifləndirmə işinin əhəmiyyətindən bəhs edib.

DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov konfransda elektron təqdimatla çıxış edərək dünyada mövcud olan dinləri inkişaf tempinə görə müqayisə edib. O, dini zəmində baş verən münaqişələrin həlli yolunun dini həmrəylikdən keçdiyini bildirib. Bu məqsədlə də ölkəmizin hazırda dinlərarası dialoqun inkişafında mühüm addımlar atdığını diqqətə çatdırıb.

Konfransda Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında dinə yanaşmanın müxtəlif formaları barədə danışıb. O, cəmiyyətdə parçalanma yaratmaq istəyən qüvvələrin apardıqları təbliğatların əsas mahiyyətini geniş şəkildə izah edib. İnsanların inancına hörmət hissinin qorunmasının və təbliğ olunmasının vacib olduğunu dilə gətirib. Yeniyetmə və gənclər arasında dini maarifləndirmə prosesində bu yanaşmaya xüsusi diqqət yetirməli olduğumuzu bildirib.

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar  cavablandırılıb.

1news.az

Paylaş:
584

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər