Sabahdan seçki bülletenlərinin çapına başlanılacaq | 1news.az | Xəbərlər
Siyasət

Sabahdan seçki bülletenlərinin çapına başlanılacaq

15:59 - 23 / 03 / 2018
Sabahdan seçki bülletenlərinin çapına başlanılacaq

Sabah - martın 24-dən Azərbaycanda Prezident seçkiləri üçün seçki bülletenlərinin çapına başlanılacaq.

1news.az-ın xəbərinə görə, bülletenlər Milli Məclisin mətbəəsində çap ediləcək.

Ümumilikdə, 5 milyon 347 min 803 seçki bülleteninin hazırlanması nəzərdə tutulub.

MSK-nın təsdiqlədiyi Azərbaycan Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bülletenlərin çapı səsvermə gününə ən azı 10 gün qalmış, yəni aprelin 1-dək başa çatdırılmalıdır.

MSK səsvermə gününə azı 5 gün qalmış, yəni aprelin 6-dək seçki bülletenlərini dairə seçki komissiyalarına verməlidir. Səsvermə gününə azı 3 gün qalmış, yəni aprelin 8-dək dairə seçki komissiyaları seçki bülletenlərini məntəqə seçki komissiyalarına paylamalıdırlar.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib. Ölkədə 5 milyon 309 min 434 seçici var. Seçki Məcəlləsinə əsasən, seçki bülletenlərinin sayı seçicilərin sayından 3 faiz artıq olmalıdır.

1news.az

Paylaş:
452

Son xəbərlər

Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18
Bütün xəbərlər