Sabah Mövlud Çavuşoğlu Azərbaycana gələcək
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24 iyul tarixində Azərbaycana rəsmi səfər edəcək.
1news.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Səfər çərçivəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlər nəzərdə tutulub. Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıq qardaşlıq və strateji müttəfiqlik prinsipinə əsaslanər və hərtərəfli inkişaf edir”- deyə, H.Hacıyev qeyd edib.
P.Sultanova
449