“Sabah” klubunda Müşahidə Şurası yaradılıb – ÜZVLƏR – FOTO | 1news.az | Xəbərlər
Futbol

“Sabah” klubunda Müşahidə Şurası yaradılıb – ÜZVLƏR – FOTO

17:30 - 09 / 08 / 2018
“Sabah” klubunda Müşahidə Şurası yaradılıb – ÜZVLƏR – FOTO

AFFA-nın qərarına əsasən Premyer Liqada çıxış edən klublarda Müşahidə Şurası yaradılmalıdır. Bu ildən Premyer Liqada çıxış edəcək “Sabah” Futbol Klubunda da AFFA-nın tövsiyəsi və dəstəyi ilə Müşahidə Şurası yaradılıb.
1news.az
-ın məlumatına görə, Müşahidə Şurasının üzvləri klubun fəaliyyətində və ilbəil daha da inkişaf etməsi üçün görüləcək işlərdə yaxından iştirak edəcəklər. “Sabah” FK-nın əsas prinsiplərindən biri möhkəm bünövrə üzərində sağlam klub yaratmaqdır ki, Müşahidə Şurasının üzvləri də bu sahədə öz köməklərini göstərəcək, məsləhətlərini verəcəklər. Onlar müxtəlif qurum və şirkətlərlə işgüzar əlaqələrin qurulması, kluba yeni investorlar və sponsorların cəlb olunması istiqamətində əhəmiyyətli rol oynayacaqlar. Şura üzvləri eyni zamanda klubun inkişaf strategiyası üçün önəmli olan ideya və təkliflərini verəcəklər.

Müşahidə Şurasının tərkibi aşağıdakı kimidir:

Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini.

2003-cü ildə AFFA-nın elmi metodiki komissiyanın sədri, “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın hazırlanmasında İşçi Qrupun rəhbəri olub. 2014-cü ildən təhsil nazirinin müavinidir. 2015-ci ilin mart ayından AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür. Həmin ilin may ayında Tələbə Futbol Federasiyasının prezidenti seçilib. Qeyd edək ki, Firudin müəllimin klubumuzun Müşahidə Şurasına üzv qəbul olunması AFFA tərəfindən tövsiyə olunub. Firudin Qurbanov “Sabah” Futbol Klubunun Müşahidə Şurasının sədridir.

İqor Ponomaryov - Azərbaycanlı keçmiş futbolçu və məşqçi, 1988-ci ilin olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası (1989).

Ponomaryov Azərbaycan futbolunun tanınmış simalarındandır. Karyerasının böyük hissəsini “Neftçi”də keçirib. Sabiq yarımmüdafiəçi SSRİ-nin gənclər yığmasında da çıxış edib. 1988-ci ildə Seulda keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan SSRİ yığmasının heyətində olub. Ponomaryov SSRİ-nin əməkdar idman ustası adına layiq görülüb.

Karyerasını bitirdikdən sonra məşqçi fəaliyyəti ilə məşğul olub. İsveçin “Sirianska”, Rusiyanın “Maşuk” klublarıyla yanaşı, ölkəmizdə “Qarabağ” və “Xəzər Lənkəran” kimi komandalarda çalışıb. Ponomaryov Azərbaycanın futbol üzrə əsas yığmasının da baş məşqçisi olub.

Rəhman Hacıyev - “1news.az” saytının və “Bakinskiy raboçiy” qəzetinin rəhbəri.

2002-2008-ci illər aralığında MBASK sığorta şirkətində maliyyə sahəsində çalışıb. 2008-ci ildən “1news.az” saytının və “Bakinskiy raboçiy” qəzetinin rəhbəridir. O, ən böyük həvəskar futbol liqası olan MFL-in həmtəsisçisi və direktorudur.

Rauf Xəlilov - Sahibkar

2007-ci ildən “İSR Holdinq”də vitse-prezident vəzifəsində çalışır. Şirkətin fəaliyyət sahəsinə nəqliyyat, neft və neft məhsullarının satışı, otel işi, avtomobil biznesi daxildir. Azərbaycanda ən böyük satış şirkətlərindən olan “Zara” və “Massimo Dutti”nin səhmdarlarındandır. “İSR Auto” isə Azərbaycanda “Toyota” və “Lexus”, həmçinin, “Georgia Lexus” şirkətlərinin rəsmi dileridir. Dağ Xizək İdman Federasiyasının prezidentidir.

Yaqub Hüseynov - Sahibkar

“Sabah” Futbol Klubunun təsisçisi və Müşahidə Şurasının sədridir. Yaqub Hüseynov “Bridge Group of Companies”-in rəhbəridir. 1998-ci ildə “Global İnteriors Group” şirkətini, 2008-ci ildə isə “Bridge Group of Companies” şirkətlər qrupunu və “Bridge Plaza” biznes mərkəzini təsis edib.

Firudin Qurbanov

İqor Ponomaryov

Rəhman Hacıyev

Rauf Xəlilov

Yaqub Hüseynov

1news.az

Paylaş:
3176

Sizin üçün xəbərlər

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər