“Sabah” FK-nın məşqçisi: Gənc futbolçulara şans vermək lazımdır – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Sabah” FK-nın məşqçisi: Gənc futbolçulara şans vermək lazımdır – FOTO – VİDEO

16:40 - 06 / 12 / 2018
“Sabah” FK-nın məşqçisi: Gənc futbolçulara şans vermək lazımdır – FOTO – VİDEO

Topaz Premyer Liqasının (TPL) budəfəki mövsümündə “Sabah” futbol klubu öz çıxışı ilə hər kəsi sevindirir. Çempionatın yarısına qədər olan müddətdə turun debütantı dördüncü mövqedə qərarlaşıb.  

 “Sabah” premyer liqada gənclərə şans verən yeganə klublardan biridir. TPL-nın keçəndəfəki turunda iki 18 yaşlı oyunçu – Şakir Seyidov və Emil Qasımov olub. Hər iki futbolçu U-19-nın tərkibində Avropa çempionatının elit raunduna qədər yüksələ biliblər.

1news.az  “Sabah”ın baş məşqçisi Elşad Əhmədovla klubun bu mövsümdəki çıxışından, gələcək planları barədə söhbət edib.

- Sabah (söhbət dünən olub – müəllif) Kubokun 1/8 matçı zamanı “Ağsu” ilə oyun keçirəcək. Meydanda daha çox gənc oyunçuların çıxışı planlaşdırılırmı?  

- Kubokda oyuna start verilib. Sabah isə “Ağsu” ilə səfər oyunu baş tutacaq. Azərbaycan Kubokunda daha çox irəliləmək istəyirik. Əvvəlcə dördəbir finala, daha sonra isə yarımfinala yüksəlmək istəyirik. Ola bilsin ki, əvvəl “Qəbələ” ilə, daha sonra isə “Qarabağ”la oyun baş tutdu. Hazırda isə “Ağsu” ilə oyun daha vacibdir.

Sabah (bu gün – müəllif) meydanda heyət qarışıq olacaq. Az oynayan futbolçuları meydana çıxaracağıq. Matç üçün ciddi hazırlaşmışıq. Rəqibi qiymətləndirmək lazımdır.

- “Neftçi” ilə oyundan bir neçə gün keçib. Komandaların oyununu analiz edərkən, həmin matçda “Sabah”da nə çatışmırdı?

- Oyundan əvvəl qeyd etdim ki, futbolçuları motivasiya etməyə ehtiyac yoxdu. “Neftçi” ilə oyunun özü motivasiyadır. O hər zaman Azərbaycan futbolunun flaqmanı olub. Zədəli futbolçularımızın olmasına baxmayaraq, oyuna çox ciddi yanaşmışıq. Öz səhvlərimizə görə qolları buraxdıq. Lakin səhvlər də futbolun bir hissəsidir. İkinci taymda yaxşı oyun nümayiş etdirdik və xal qazanmağa müvəffəq olduq.

- Uzun müddət “Neftçi”də çalışmısınız. Bu oyunun sizin üçün hansısa prinsipiallığı vardı?

- Xeyr, deməzdim ki, bu oyunun mənimçün hansısa əhəmiyyəti vardı. Səkkiz il “Neftçi”də çalışmışam. Buna görə də komanda mənimçün doğmalaşıb. 12 il oynadığım “Qarabağ” da həmçinin. Bütün rəqiblərimizə qarşı eyni yanaşırıq.

- Sabah”-“Neftçi” oyununu mövsümün ən qalmaqallı matçı olacağını gözləyirdinizmi?

- Məsələ burasındadır ki, oyunu qalmaqallı edən komanda deyil, hakimin qərarı oldu. Diqqət edin ki, mən qərardan danışıram, səhvlərdən yox. Nə futbolçular, nə də məşqçilər matç zamanı dalaşmayıblar.

Düşünmürəm ki, Rəhim Həsənov bunu qəsdən edib. O olduqca təcrübəli hakimdir, lakin hardasa səhvlərə yol verdi. Daha sonra matçı ələ almağa çalışsa da, nəzarəti itirdi.  

- “Neftçi” fanatlarının oyun zamanı və sonrası təhqiramiz sözlər istifadə etməsi sizi təəccübləndirdi?

- “Neftçi”nin bütün azarkeşlərinə böyük hörmətlə yanaşıram. Xüsusilə də bu, “Forza Neftçi”yə aiddir. Onlar hər zaman komandaya yaxındırlar. Və “Neftçi”də olduğum müddətdə hər zaman onları dəstəkləmişəm.

Əlbəttə, yaxşı olardı ki, azarkeşlər təhqirdən az isitifadə etsinlər. Ola bilsin ki, bu İngiltərdə adi haldır, lakin bizdə qadınlar olan yerdə təhqirli ifadələr işlətmək qəbuledilməzdir. Belə məsələlərə diqqətli yanaşmaq lazımdır.

- Mövsümün birinci yarımilliyin bitməsinə bir oyun qalıb. “Sabah” bunu necə qiymətləndirir?

- Mövsümün başlanğıcında təqribi olaraq nə qədər xal toplayacağımızla bağlı fikirlər söylədik. Belə deyək ki, planlaşdırdığımız kimi xal toplaya bilmişik. Nəzər almaq lazımdır ki, komandamız yenidir, sıfırdan başlamışıq. Düşünürəm ki, yaxşı nəticə əldə etmişik.

Lakin elə matçlar olub ki, orada xal itirməməli idik. Nümunə üçün, “Səbail” ilə ev oyunu zamanı məğlub olmalı deyildik (0:4). Həmçinin “Neftçi” ilə də.  Mövsümün ikinci yarımilliyində bizi “Keşlə” ilə oyun gözləyir. Mövsümün birinci yarımilliyini qənaətbəxş kimi qiymətləndirmək olar.

- Hazırda komanda 4-cü mövqedə qərarlaşıb və 3-cü–4-cü mövqe uğrunda mübarizə aparır. Çempionatı bu mövqelərdə başa vurmaq nə dərəcədə realdır?

- Düşünürəm ki, hələ tezdir. 3-cü–4-cü mövqe uğrunda mübarizə çox ağırdır. Hazırda 4-cü mövqedəyik.

- Lakin oyun baxımından komanda yüksəlir?

- Komandanın oyunundan tamamilə razı olmaq lazım deyil. Birinci yarımilliklə müqayisədə indi daha yaxşı oyamışıq. Bunu “Qarabağ”la, “Neftçi” və “Qəbələ” ilə oyundan aydın görmək olar. Buna görə də oyun nöqteyi-nəzərindən deyə bilrəm ki, biz yüksəlmişik.

- Hansı futbolçular oyunu ilə sizi təəccübləndirib, hansılar isə məyus edib?

- Bütün matçlarda iştirak edən Eltur turbovu götürək. Ötən mövsüm “Xəzər”də oynayıb, indi isə premyer-liqadadır. Çalışırıq ki, gənclərə imkan yaradaq. Son matçlarda daha gənc oyunçuları – Şakir Seyidov və Emil Qasımovu buraxdıq. Onlar bizim sabahımızdır.

Fotoda 18 yaşlı Emil Qasımovdur

- Bir çox məşqçilər gənc oyunçulara şans verməyə risk etmirlər. Belə ki, onlardan dərhal nəticə gözləyirlər. Buna görə də “Sabah” demək olar ki, yeganə klubdur. Klubun gənc oyunçuları meydana çıxmağa layiqdirlər yoxsa bu, gələcəyə təminatdır?

- Düşünürəm ki, 17-18 yaşlı futbolçunu perspektivli hesab etmək olar. 19-20 yaşında o, artıq oynamağı bacarmalıdır. Messi 22 yaşında karyerasını bitirə bilərdi. Aydın məsələdir ki, Emil Qasımov hazırda Marko Deviça kimi güclü ola bilməz. Lakin elə məqamlar olub ki, ona şans vermək lazım idi. Bu, həmçinin Şakirə də aiddir.

Futbolçu heç vaxt premyer liqada oynamayıbsa, oyuna necə hazır ola bilər? Futbolçunu müntəzəm olaraq alışdırmaq lazımdır. Onlar təcrübə toplamalıdır.

Digər məsələ də, futbolçuların onlara verilən şansdan düzgün istifadə etməsidir. Söhbət bir matçdan getmir, müəyyən müddətdən gedir. Lakin sonsuz şanslar da yoxdur.

Futbol – şanslar oyunudur.

Maraqlı söhbətə görə minnətdarıq!

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
2995

Son xəbərlər

RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkBu gün, 10:56“Qala” qoruğunda Novruz şənliyi keçirilib - FOTOBu gün, 10:48Yol polisi səfərə hazırlaşan sürücülərə müraciət edibBu gün, 10:38Abad məhəllələrdəki Novruz şənlikləri davam edir - FOTOBu gün, 10:27Xankəndidə xeyli silah-sursat tapılıbBu gün, 10:24Ötən gün 18 kiloqramdan çox narkotik vasitə aşkarlanıbBu gün, 10:12Mikayıl Cabbarov İlaxır Çərşənbəyə dair paylaşım edibBu gün, 10:10FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edibBu gün, 10:03Dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVABu gün, 09:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:46TƏBİB Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcəkBu gün, 09:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri açıqlanıbBu gün, 09:24Saatlıda narkokuryerdən 8 kiloqram heroin və marixuana aşkar edilibBu gün, 09:16Azərbaycan neftinin qiyməti 88 dolları keçibBu gün, 09:12Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edibBu gün, 09:08Bu gün İlaxır çərşənbə qeyd olunurBu gün, 09:07Səhiyyə Nazirliyi bayram günləri ilə bağlı əhaliyə müraciət edibBu gün, 08:58DYP hərəkət iştirakçılarına hava ilə bağlı müraciət edibBu gün, 08:51Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 08:44Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları yaradılacaq18 / 03 / 2024, 17:45
Bütün xəbərlər