Bakıda internet təminatında fasilələr yaranacaq
Xidmət keyfiyyətinin yüksəldilməsi və internet trafikinin artırılması məqsədi ilə “Bakinternet”in texniki platformasında təkmilləşdirmə işləri aparılacaq.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən 1news.az-a verilən məlumata görə, profilaktik işlər zamanı noyabrın 15-dən 16-na keçən gecə saat 04:00–dan 06:00-adək paytaxtın bəzi ərazilərində internet təminatında fasilələr yarana bilər.
“Yarana biləcək kəsintilərə görə sizdən üzr istəyir və profilaktik tədbirləri nəzərə almağınızı xahiş edirik”, - deyə məlumatda vurğulanıb.
1news.az
793