Rusiyanın səfiri: Mən həmişə Azərbaycan mətbuatına açıq olmuşam - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Rusiyanın səfiri: Mən həmişə Azərbaycan mətbuatına açıq olmuşam - FOTO

20:14 - 11 / 07 / 2019
Rusiyanın səfiri: Mən həmişə Azərbaycan mətbuatına açıq olmuşam - FOTO

İyulun 11-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu yaxınlarda Moskvada səfərdə olmuş Azərbaycanın bir sıra aparıcı KİV-lərinin (AZƏRTAC və “Trend” informasiya agentlikləri, “Səs”, “İki sahil”, “Bakinski raboçiy”, “Kaspi”, “Xalq qəzeti” və “Bakı xəbər” qəzetlərinin) rəhbərləri ilə görüş keçirib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Trend”in baş direktoru İlqar Hüseynov, Azərbaycanın “Novoe Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev, “Bakinski raboçiy” qəzetinin baş redaktoru Rəhman Hacıyev və başqaları Rusiya paytaxtında keçirilən görüşlərlə bağlı təəssüratlarını bölüşüblər. Qeyd olunub ki, səfərin məqsədi rusiyalı həmkarlarla təcrübə mübadiləsi, həmçinin hər iki ölkənin jurnalistlərini narahat edən aktual və mühüm mövzuların müzakirəsi olub.

Vüqar Səfərli vurğulayıb ki, Azərbaycan və Rusiyanın media strukturlarının qarşılıqlı səfərləri ikitərəfli əlaqələrin möhkəmlənməsinə və eyni zamanda, jurnalistlərə öz fəaliyyətini və imkanlarını yenidən nəzərdən keçirməyə imkan verir. O xatırladıb ki, rusiyalı jurnalistləri bu ilin sonunadək Azərbaycana səfər etməyə dəvət edib.

Mətbuatın hökumətlə vətəndaş cəmiyyəti arasına körpü rolu oynadığını qeyd edən nümayəndə heyətinin üzvləri əmin olduqlarını bildiriblər ki, Moskva səfəri iki ölkənin xalalarının bir-birini daha yaxşı tanıması və başa düşməsi, eyni zamanda jurnalist təşkilatları arasında əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyətlidir.

KİV rəhbərləri rusiyalı həmkarları ilə təcrübə mübadiləsində maraqlı olduqlarını bildiriblər. Burada bir sıra amillər – ortaq dəyərlər, coğrafi yaxınlıq, tarixi əlaqələr mühüm rola malikdir. Vurğulanıb ki, Moskvada keçirilən bütün görüşlərdə Rusiyanın aparıcı informasiya və xəbər agentliklərinin rəhbərləri Azərbaycan haqqında xoş fikirlər səsləndirib və bizim jurnalist strukturları ilə əlaqələri inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.

Çıxış edənlər bildiriblər ki, hazırda Azərbaycanla Rusiya arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Vurğulanıb ki, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsinin təmin edilməsində dövlətlərimizin başçılarının böyük rolu var.

Mixail Boçarnikov azərbaycanlı jurnalistlərin Rusiya paytaxtına səfərinin təşkilində göstərdikləri köməyə görə KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fonduna, Azərbaycan Prezidentinin Administrasiyasına, Azərbaycanın Moskvadakı səfirliyinə, xüsusən səfir Polad Bülbüloğluna təşəkkürünü bildirib. Səfir Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq səviyyəsində əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib, mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma zəminində münasibətlərin bütün sahələr üzrə möhkəmləndiyini qeyd edib. O xatırladıb ki, ölkəmizdə səfir kimi fəaliyyət göstərdiyi cəmi bir il ərzində həmişə Azərbaycan mətbuatına açıq olub.

Səmimi və dostluq şəraitində keçən görüşdə Azərbaycan və Rusiyanın media strukturları arasında əməkdaşlığın möhkəmlənməsi və dərinləşməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda xatirə fotosu çəkilib.

1news.az

Paylaş:
757

Son xəbərlər

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13
Bütün xəbərlər