Rusiyanın azərbaycanlı deputatı kasıbları “parazitlər və alkaşlar” adlandırdı | 1news.az | Xəbərlər
Dünya

Rusiyanın azərbaycanlı deputatı kasıbları “parazitlər və alkaşlar” adlandırdı

12:30 - 07 / 03 / 2019
Rusiyanın azərbaycanlı deputatı kasıbları “parazitlər və alkaşlar” adlandırdı

Rusiyanın Volqoqrad vilayəti Dumasının hakim "Vahid Rusiya" partiyasından deputatı, azərbaycanlı Həsən Nəbiyev pensiyasının azlığından şikayətlənən yoxsul şəxsləri "parazitlər və alkaş" adlandırıb. 

1news.az-ın Baku.ws-ə istinadən verdiyi xəbərə görə, deputatın bu çıxışı ciddi qalmaqala səbəb olub və Dumanın Etika Komissiyasının xüsusi iclasında müzakirə ediləcək.

"Vahid Rusiya" partiyasının regional bölməsinin katibi Sergey Qornyakov Nəbiyevin çıxışına görə partiyanın adından üzr istəyib. Partiyasının yerli şöbəsinin digər nümayəndələri də Nəbiyevin çıxışını pisləyiblər. 

Qeyd edək ki, H. Nəbiyev bu qalmaqallı çıxışını martın 6-da vilayət Dumasının işləməyən pensiyaçıların pensiyalarının hesablanması və ödənilməsi ilə bağlı yeni qaydaların müzakirəyə çıxarıldığı iclasda edib. O, çıxışında bildirib ki, pensiyası 10 min rubla çatmayan volqoqradlılar ona parazitləri və alkaşları xatırladır və belə şəxslərin pensiyalarına əlavələrin edilməsi məqsədəuyğun deyil.

Bu çıxışından sonra Rusiya mediası onun var-dövlətini və illik gəlirini hesablamağa başlayıb. Məlum olub ki, onun 2016-2017-ci illərdə rəsmi gəliri 70 milyon rubl olub. Nəbiyevin özünün və həyat yoldaşının adına onlarla daşınmaz əmlak var.

Onun parazit və alkaş adlandırdığı aztəminatlı pensiyaçılar isə hər ay 8 min rubl alırlar. 

Həsən Nəbiyev uzun müddət "Qazprom transqaz Volqoqrad" MMC şirkətinin rəhbəri olub. 1954-cü ildə Azərbaycanın Gədəbəy rayonunun Zəhmət kəndində anadan olan Nəbiyev 1976-cı ildən indiki "Volqoqradneftmaş" ASC-də işləyib. Mühəndis vəzifəsindən sex rəisi, daha sonra "Volqoqradneftmaş" ASC-nin filialı olan Kotelnikovsk armatur zavodunun direktoru vəzifəsinə qədər yüksəlib. 2004-2016-cı illərdə "Qazprom transqaz Volqoqrad" MMC-nin baş direktoru işləyib. 2003-cü ildən isə vilayət Dumasının deputatıdır.

1news.az

Paylaş:
599

Son xəbərlər

Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıbBu gün, 15:03Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32
Bütün xəbərlər