Rusiyalı ekspertlər Paşinyanın 100 günü barədə | 1news.az | Xəbərlər
Ermənistan

Rusiyalı ekspertlər Paşinyanın 100 günü barədə

16:07 - 17 / 08 / 2018
Rusiyalı ekspertlər Paşinyanın 100 günü barədə

Nikol Paşinyanın Ermənistanın baş naziri seçilməsinin 100 günü tamam olub. Ötən müddət ərzində Ermənistanın hökumət başçısı meydanlarda xalqa verdiyi vədlərinin yerinə yetirilməsi istiqamətində hansı addımları atıb?

Məlumat üçün bildirək ki, Paşinyan erməni xalqını aprelin 13-dən meydanlara çağırıb, Serj Sarkisyan isə aprelin 17-də parlament tərəfindən baş nazir seçilib. Aprelin 23-də Sarkisyan istefa verib, mayın 8-də isə Paşinyan baş nazir seçilib.

Rusiyalı ekspertlər  Paşinyanın 100 gününü şərh ediblər. Onların fikrincə, hələ ki, hakimiyyətin iqtisadi sahə ilə bağlı islahatlarına dair proqramı təqdim edilməyib, vektor müəyyin olunmayıb. Ekspertlərə görə, bütün hər şey Ermənistanda keçiriləcək parlament seçkiləri və yeni hökumət formalaşandan sonra müəyyən ediləcək. Ancaq erkən seçkilərin tarixi hələ açıqlanmayıb. İrəvanın gələcək xarici siyasət kursu üzrə də ekspertlərin fikirləri fərqlidir.

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq institutunun Qafqaz və Orta Asiya Araşdırmaları Mərkəzinin tədqiqatçısı Andrey Aresevin sözlərinə görə, bu gün "hüquqi və siyasi məsələlər" Ermənistanda sıx birləşir: “Mənim üçün aydın deyil ki, hüquqi prosedurlar nəticədə üstün olacaq ya yox. Burada mülki partlayışa icazə verməmək vacibdir. Əvvəlki prezident Robert Koçaryanın işi ilə əlaqədar gördüklərimiz, siyasətin qanuni prosedurlarda hökmranlığının birmənalı təəssüratını yaradır. İndi vacib olanı ictimai-siyasi vəziyyətin gərginləşməsinə imkan verməməkdir,  belə bir təhlükə isə istisna deyil”.

A.Areseven hesab edir ki, Paşinyanın gənc komandası bəzi məsələlərdə kifayət qədər təcrübəyə malik deyillər, peşəkarlıq çatışmır.

Öz növbəsində, Avrasiya İqtisadi İttifaqı İnstitutunun direktoru Vladimir Lepexin hesab edir ki, Ermənistanda indi insanlar dövlət, milli maraqlar haqqında deyil, yalnız onların şikayətlərini, arzularını, kommersiya layihələrinin reallaşmasını düşünür. Bu isə  ümumi vektorla zidddiyyət təşkil edir. Lepexin vurğulayıb ki, Paşinyanla birlikdə müxtəlif insanlar hakimiyyətə gəlib. Onların arasında Rusiyanın tərəfdarları, biganə insanlar, rəqiblər  də var. Və rəqiblər hakimiyyətdə olduqdan sonra hər cür təxribatlarla məşğul olmağa başlayırlar.

Onun sözlərinə görə, erməni baş nazirin komandası formalaşmayıb, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrindən ibarətdir və ən müxtəlif sürprizlər bilər”.

Ekspert hələ də erkən seçkilərin vaxtının açıqlanmadığını, burada müəyyən bir “hiylə”nin ola biləcəyinə işarə edib: "Ola bilsin ki, populyarlıq tablosunun dəqiq bir hesablanması yoxdur. Seçkilər Paşinyanın populyarlığının kuliminasiyası anında keçirilməlidir ... İndi fəal anti-korrupsiya fəaliyyətinin nəyə səbəb olacağı çox da aydın deyil, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət də kifayət qədər aydın deyil. Elita həm Paşinyan tərəfdarı, həm də seçkilərdə rəqibi ola bilər”.

1news.az

 

Paylaş:
752

Son xəbərlər

“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır17 / 04 / 2024, 16:53Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - FOTO - VİDEO17 / 04 / 2024, 16:51“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay17 / 04 / 2024, 16:03Hadı Rəcəbli dəfn olunub17 / 04 / 2024, 15:57Xalq Bank I rübün yekunlarını açıqladı17 / 04 / 2024, 15:54Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir17 / 04 / 2024, 15:33Hikmət Hacıyevdən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə bağlı AÇIQLAMA17 / 04 / 2024, 15:01Ukrayna səfirinin Azərbaycanda diplomatik missiyası başa çatır17 / 04 / 2024, 14:52Rusiya sülhməramlıları Qarabağdan çıxarılır - Kreml TƏSDİQLƏDİ - VİDEO17 / 04 / 2024, 14:26BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib17 / 04 / 2024, 14:15BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb - FOTO17 / 04 / 2024, 14:08ADY ilə Avropa İttifaqı arasında Orta Dəhlizin inkişafına dair görüş keçirildi - FOTO17 / 04 / 2024, 13:59
Bütün xəbərlər