Rusiyada yaşayan azərbaycanlı çempion övladlığa verildiyini illər sonra öyrəndi: “onlara nifrət...” – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Rusiyada yaşayan azərbaycanlı çempion övladlığa verildiyini illər sonra öyrəndi: “onlara nifrət...” – VİDEO

12:00 - 26 / 07 / 2018
Rusiyada yaşayan azərbaycanlı çempion övladlığa verildiyini illər sonra öyrəndi: “onlara nifrət...” – VİDEO

Bodibildinq və fitnes üzrə çempion, Ukrayna əsilli Petr Kuşka altı ay əvvəl övladlığa götürülməsi ilə bağlı məlumat alıb. 

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, özü və ailəsi ilə bağlı doğruları öyrənmək üçün o, “Rossiya 1” telekanalında, Andrey Malaxovun təqdimatında yayımlanan “Canlı efir” proqramına müraciət edib.

Məlum olub ki, Petrin bioloji atası azərbaycanlıdır. 

Oğlan Ukrayna SSRİ-nin Kirovoqrad şəhərində doğulub, bir neçə ay sonra anası Svetlana Sovko ondan imtina edib. Svetlana oğluna Vitalik adını verib. Onun atası isə Elbrus adlı azərbaycanlı olub. Kişi Svetlana və uşaqdan imtina edib. İki aylıq V.Sovko uşaq evinə təhvil verilib. 

“Anam məni uşaq evinə verəndə dedi: “Nəhayət ki, bu azərbaycanlını götürün”. Mən düşünürəm ki, o, mənim atamdan inciyib”, - idmançı deyib. 

Petr heç vaxt övladlığa götürüldüyünü hiss etməyib. Onun uşaqlığı qayğı, sevgi və diqqət əhatəsində keçib. 

“Mənim valideynlərimlə həmişə isti münasibətim olub. Atam kimi olmaq istəyirəm. İdmanla məşğul olanda ona necə güclü olduğumu göstərmək istəyirdim ki, atam mənimlə fəxr etsin”, - Petr bildirib. 

İdmançının sözlərinə görə, onda idmana marağı atası yaradıb, o, idmançını məşqlərə aparırdı. 

“Heç vaxt hiss etməmişəm ki, mən onun oğlu deyiləm”, - o qeyd edib. 

Kuşka onu övladlığa götürənləri “mələk” adlandırıb. O əlavə edib ki, bioloji valideynlərinə də nifrət etmir.

Ürəkdağlayan səhnə proqramın qonaqlarını və ekspertləri şoka salıb.

1news.az

Paylaş:
1267

Son xəbərlər

Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Cavanşir Məmmədovla vida mərasimi başa çatıb - YENİLƏNİBBu gün, 16:23Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22
Bütün xəbərlər