Rusiyada robot-cərrahlardan istifadə olunacaq | 1news.az | Xəbərlər
Dünya

Rusiyada robot-cərrahlardan istifadə olunacaq

13:12 - 22 / 03 / 2018
Rusiyada robot-cərrahlardan istifadə olunacaq

2020-ci ildə Rusiya xəstəxanalarında 400-ə yaxın robot-cərrah işləyəcək. Amerikanın Da Vinçi robotunun oxşarı olan həmin robotlar olduqca çevikdir və cərrahiyyənin bütün sahələrində işləyə bilər.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə robotun yaradılmasında iştirak edənlərdən biri, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin baş uroloqu Dmitri Puşkar məlumat verib.

“Beş ədəd yerli robotu 2019-cu ildə əməliyyatlarda kliniki sınaqlardan keçirməyi planlaşdırırıq. Düşünürəm ki, 2020-ci ilə kimi Rusiyada İcbari Tibbi Sığorta (İTS) proqramı çərçivəsində lazım olan qədər – başlanğıc üçün 300-400 aparat hazırlanacaqdır. Hazırda robot canlı heyvanlar üzərində sınaqdan keçirilir”, - deyə D.Puşkar bildirib. Onun sözlərinə görə, söhbət tam avtomatlaşdırılmış deyil, həkimlərin idarə etdikləri əməliyyatlardan gedir. Belə aparatlar həkimə öz işini 1 mikronadək dəqiqliklə yerinə yetirməkdə kömək edir və bu, insanın imkanlarından xeyli dərəcədə yüksəkdir. Bundan başqa, robotların vəziyyətin müstəqil şəkildə təhlilini aparmaq imkanı vardır.

“Süni intellekt yaradırıqmı? 50 əməliyyatdan sonra belə bir sirri açıqlaya bilərəm: bizim robot “hiss edəndə” ki, həkim iynəni lazım olan yerə yönəltməyib, onun istiqamətini 5-7 dərəcə dəyişdirə bilir,” – deyə həkim qeyd edib.

Dmitri Puşkar bildirib ki, artıq bu gün dünyanın müxtəlif ölkələrinin həkimləri amerikalıların Da Vinçi robotundan istifadə edirlər. Ancaq əməliyyatların əksər hissəsi urologiya sahəsində aparılır və bir robotun qiyməti 3 milyon dollara yaxındır.

Rusiyalıların hazırladıqları aparat daha ucuz başa gələcək və eyni zamanda, geniş tətbiq sahələri olacaq. Onun daha yığcam və çəkisinin 50 kiloqram olması lazım gələndə aparatın bir tibb müəssisəsindən digərinə nəqlini asanlaşdırır. Bundan başqa, həmin robotu eyni vaxtda iki mütəxəssis idarə edə bilər.

Baş uroloq qeyd edib ki, hazırda robotun lazer texnologiyalarını tətbiq etməsi və onun mexaniki hissələrinin ölçülərinin kiçildilməsi məsələsinə baxılır. Robotun xidmətlərinin İcbari Tibbi Sığorta sistemi çərçivəsində əlçatan olması nəzərdə tutulur.

Əvvəllər məlumat verilmişdi ki, Da Vinçi robotunun Rusiya analoqu 2012-ci ildən yaradılmağa başlanılıb və ötən ilin aprelində ictimaiyyətə təqdim olunub. Amerika robotunun bir sıra aşkar çatışmazlıqları var: çox iridir, çəkisi bir tona yaxındır, bahadır, işlətdiyi alətlər birdəfəlikdir və qiymətləri də ucuz deyil. Rusiya robotunun işlək materialları xeyli ucuz başa gəlir. Bununla yanaşı, onun sərbəstliyi daha çox, “barmaqlar”ının hərəkət imkanları daha genişdir.

1news.az

Paylaş:
559

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər