Rusiyada azərbaycanlı diaspor rəhbəri təltif edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiyada azərbaycanlı diaspor rəhbəri təltif edilib

13:43 - 07 / 03 / 2018
Rusiyada azərbaycanlı diaspor rəhbəri təltif edilib

Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Əlizaman Rəhimov “Müqəddəs Sergiy Radonejski Nişanı” ilə təltif edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, Ə.Rəhimov Moskva vilayətinin sosial-iqtisadi inkişafında xidmətlərinə, ictimai və xeyriyyə sahələrində fəaliyyətinə görə bu təltifə layiq görülüb. Moskva vilayətinin Domodedovo şəhərində ötən ilin sosial-iqtisadi yekunlarına dair keçirilən yığıncaqda vilayətin qubernatorunun müavini Natalya Virtuozova “Müqəddəs Sergiy Radonejski Nişanı”nı həmyerlimizə təqdim edib.

Tədbirdə Domodedovo şəhər dairəsinin başçısı Aleksandr Dvoynıx, Dövlət Dumasının deputatı Vyaçeslav Fetisov, “Yedinaya Rossiya” Partiyasının Moskva vilayətindəki nümayəndəsi Dmitri Qorodetski iştirak ediblər.

Belə bir mükafata layiq görülməsini əməyinə verilən yüksək qiymət kimi dəyərləndirən Ə.Rəhimov Moskva vilayətində Azərbaycan diasporunun fəaliyyətindən danışıb:

"Azərbaycanlılar vilayətin sosial-iqtisadi həyatında yaxından iştirak edirlər. Biz, Moskva vilayətində məktəb və uşaq bağçalarının, yaşayış və inzibati binaların inşasında fəal iştirak edirik. Fəxr edirəm ki, Rusiyada öz xalqımı layiqincə təmsil edirəm”.

Qeyd edək ki, Ə.Rəhimov Rusiyada fəaliyyət göstərən nüfuzlu azərbaycanlı iş adamlarından biridir. Rusiyanın Əməkdar İnşaatçısı olan həmyerlimiz uzun illərdir Moskva vilayətinin Domodedovo şəhərinin ictimai-siyasi həyatında yaxından iştirak edir. Ə. Rəhimov prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı və "Şöhrət" ordeni, Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunub.

1news.az

 

Paylaş:
634

Son xəbərlər

Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04
Bütün xəbərlər