Rusiyada 30-dan çox adamı öldürərək yeyən ər-arvad tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiyada 30-dan çox adamı öldürərək yeyən ər-arvad tutulub

15:55 - 25 / 09 / 2017
Rusiyada 30-dan çox adamı öldürərək yeyən ər-arvad tutulub

Rusiyanın Krasnodar dairəsinin Kuban şəhərində 30-dan çox insanı qətlə yetirməkdə şübhəli bilinən ailə saxlanılıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, ailənin oğurladıqları insanları öldürərək yedikləri bildirilir.

Məlumatda bildirilir ki, hüquq-mühafizə orqanları ər-arvadın insanları oğurlayaraq qətlə yetirdiyini, daha sonra qalıqlarından konserv hazırladıqlarını müəyyən edib. Qətlə yetirilənlərin cəsədlərinin bir hissəsi şübhəli şəxslərin evindəki soyuducuda tapılıb.

Qeyd edək ki, cinayət fəhlələrin sentyabrın 11-də Krasnodarın Repin küçəsindən mobil telefon tapması ilə üzə çıxıb. Həmin telefonda 35 yaşlı yerli sakinin naməlum qadın cəsədinin hissələri ilə fotosu olub. Cəsədin qalıqları səhərisi gün Dzerjinski adına Hərbi Aviasiya Məktəbinin ərazisində tapılıb. Ərazidə paket və insan cəsədinin hissələri olan vedrə aşkarlanıb.

Bundan başqa, telefonda tutulan ər-arvadın qətlə yetirdikləri digər insanların müxtəlif bədən üzvləri ilə selfi fotoları üzə çıxıb.

Mətbuat hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yazır ki, telefonun sahibi iki qətli etiraf edib. Şəkil çəkdirdiyi bədən hissələrinin sahibindən başqa, o, 2012-ci ildə daha bir nəfəri qətlə yetirdiyini bildirib.

Rəsmi orqanları hələlik faktı təsdiqləməyib. Hüquq-mühafizə orqanlarının mətbuatda bu barədə yayılan məlumatlar əsasında araşdırma aparıldığı bildirilir.

Babək Cahandarov

Paylaş:
946

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər