Rus jurnalistin adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb | 1news.az | Xəbərlər
Siyasət

Rus jurnalistin adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb

14:12 - 23 / 02 / 2018
Rus jurnalistin adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb

Rusiya Federasiyası vətəndaşı, “Родник” qəzetinin jurnalisti Svetlana Sarıçeva Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, məktubunda Svetlana Sarıçeva 2012-ci ildə Dağlıq Qarabağa səfər etdiyini bildirib və səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını ifadə edib.

O,bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.

Svetlana Sarıçeva Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, S.Sarıçeva Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini ifadə edib.

Həmçinin o, Azərbaycan hökumətinin müvafiq razılığı olmadan, gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini vurğulayıb.

S.Sarıçeva gələcəkdə Azərbaycan təbiətinin gözəlliyindən zövq almaq məqsədilə ailəsilə birlikdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib.

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

S.Xankişiyeva

 

Paylaş:
564

Son xəbərlər

Azərbaycanlı Mərakeş Krallığının ən yüksək zirvəsini fəth etdi - FOTO15 / 04 / 2024, 19:27Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb15 / 04 / 2024, 17:48TuranBank-la Asiya İnkişaf Bankı arasında ticarət maliyyələşdirilməsi üzrə saziş imzalandı15 / 04 / 2024, 17:41Bakıda gəzinti gəmiləri niyə işləmir? - Rəsmi AÇIQLAMA15 / 04 / 2024, 17:29İmişlidə 2 məktəblinin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb15 / 04 / 2024, 17:16DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul üçün keçirilən imtahanın nəticələri elan edilib15 / 04 / 2024, 16:58Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır15 / 04 / 2024, 16:34Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib15 / 04 / 2024, 16:23Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb15 / 04 / 2024, 15:53Azərbaycan və Oman XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə edib15 / 04 / 2024, 15:23“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir15 / 04 / 2024, 15:02PAŞA Qrup şirkətləri tərəfindən Ramazan bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTO15 / 04 / 2024, 14:58Ali məktəblərə qəbul imtahanının növbəti mərhələsinə qeydiyyat başlayıb15 / 04 / 2024, 14:42Sevinc Fətəliyeva: “Bu fakt rəsmi Parisin Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək cəhdidir”15 / 04 / 2024, 14:21Bakıda son üç ayda baş vermiş yol-nəqliyyat hadisələri - VİDEO15 / 04 / 2024, 14:14Bayram günlərində milli parkları 5000-dən artıq turist ziyarət edib15 / 04 / 2024, 14:07İnzibati və yardımçı vəzifələrin təsnifatı dəyişib15 / 04 / 2024, 13:55Bayram günlərində avtobuslarla daşınan sərnişinlərin sayı açıqlanıb15 / 04 / 2024, 13:28Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq15 / 04 / 2024, 13:24Azalan xərclər, artan gəlirlər: Çağrı mərkəzinin autsorsinqi nə üçün dünya standartına çevrilir? - FOTO15 / 04 / 2024, 12:22
Bütün xəbərlər