Mübariz Əhmədoğlu: Ruhaninin təklifi yeni geosiyasi və geoiqtisadi vəziyyət yaradır | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ruhaninin təklifi yeni geosiyasi və geoiqtisadi vəziyyət yaradır

11:40 - 19 / 03 / 2018
Mübariz Əhmədoğlu: Ruhaninin təklifi yeni geosiyasi və geoiqtisadi vəziyyət yaradır

İran prezidenti Seyid Həsən Ruhani Tehranda Azərbaycanın iqtisadiyyat naziri və İran-Azərbaycan hökumətlərarası komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən az qala sensasiya kimi dəyərləndirilə bilən açıqlama verdi: İran və Azərbaycan birlikdə Afrika ilə Avropanın şimalı arasında vacib tranzit körpüsü ola bilər.

1news.az  xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

O vurğulayıb ki, “Şimal-Cənub” dəmir yolu marşrutu yalnız Hindistanla Avropanın şimalını birləşdirməyi nəzərdə tuturdusa,  indi İran öz coğrafi imkanından istifadə edərək ərəb dövlətlərini də “Şimal-Cənub” dəmir yolu ilə  Rusiya və eləcə də Rusiya vasitəsilə də Avropanın şimalı ilə əlaqələndirmək niyyətindədir. H.Ruhani Rusiya ilə Ərəb dövlətləri arasında siyasi münasibətlərin aktivləşdiyini və bunun iqtisadi baxımdan maddiləşəcəyini görür:

"Bakı- Tbilisi-Qars dəmiryoluna qoşulmaq niyyətini də İran rəsmən açıqlayıb. Başqa sözlə, İran Azərbaycanın təşəbbüskarı və aktivlik göstərdiyi layihələr vasitəsilə Ərəb dövlətləri içərisində özü üçün əlavə resurs, nüfuz yaratmaq istəyir. Bu nüfuz  xeyirxah təsirli nüfuzdur, ona görə alqışlamaq olar. H.Ruhaninin bu təklifi Ərəb dövlətlərində İrana qarşı olan neqativliyi azalda biləcəyinə ümid edirik.

İran prezidentinin bu təklifi həm də İranda Ermənistana dəstək verənlərin mifologiyasına daha bir və ciddi zərbədir. Rəsmi məlumata görə 2017-ci ildə Rusiyadan İrana Azərbaycan ərazisi vasitəsi ilə 19 min konteyner daşınıb. Bu gündə 52 vaqon deməkdir. Astara –Rəşt dəmiryolunun hələ tikilmədiyini nəzərə alsaq bu daşınmaları multu modal daşımalar adlandırmaq olar. Belə alınır ki, ən sevimli layihəsi ətrafında baş verənlərdən rəsmi Yerevanın xəbəri yoxdur. Bu dövr ərzində prezident Serj Sərkisyan və komandası İran- Ermənistan dəmiryolu barədə beynəlxalq aləmə yalan danışmalarını dayandırmayıblar; Münhen Təhlükəsizlik Konfransında  prezident S. Sərkisyan “Qara dənizlə Fars körfəzi arasında yeni tranzit koridoru formalaşdırmaq üçün bütün maraqlı tərəflərlə Ermənistanın hal-hazırda danışıqlar apardığını” bildirdi. İranın, Gürcüstanın və Rusiyanın davranışı isə onlar üçün bu məsələnin həllini tapdığını göstərir".

Politoloq hesab edir ki, İran prezidentinin bu təklifi həm İran, həm də Azərbaycan üçün yeni geosiyasi və geoiqtisadi tutumlu vəziyyət yaradır. Bu kontekstdə məsələnin bir neçə istiqaməti diqqətdən kənarda qalmalı deyil:

ı. İran-Azərbaycan münasibətlərinin əleyhdarları mövcuddur və bu əleyhdarların demək olar ki, hamısı İranın daxilindədir. İranın Ali rəhbərin ofisinin ətrafında cəmləşmiş bir qrup nüfuzlu şəxs ermənilərə dəstək verməklə əsas hədəfləri Azərbaycanın imkanlarını məhdudlaşdırmaq, Azərbaycana təzyiq etmək, Azərbaycanın gücünü zəiflətməkdir.

H.Ruhani komandası İranın daxilində olan belə qruplara qarşı mübarizə aparmaqda müəyyən uğur əldə edib. Amma H.Ruhaninin Azərbaycanla gördüyü iş istiqamətində əldə etdiyi uğurların həcmi böyüdükcə İranın daxilində Azərbaycanın əleyhinə olan qüvvələr də ortalığa yeni variant qoyurlar. Ona görə hökmən İranın daxilindəki bu qrup neytrallaşdırılmalıdır. Həmin qrup H.Ruhaninin komandasına da  müxalifətdədir.

ıı. Bu qrupu indi müəyyən etmək nisbətən asandır.

ııı. Əgər İranın daxilindəki o həmin antiAzərbaycan qruplar  düşünürlər ki, prosesləri gərginləşdirmək imkanı yalnız onlara məxsusdur, kifayət qədər səhv yoldadırlar. İran regionda destruktiv proseslərə dəstəyini dayandırmalıdır. İranda müəyyən qruplar başa düşsünlər ki, onlar bu günədək bütün səylərini qoysalar da, Azərbaycanın inkişafını heç zəiflədə bilməyiblər. İranın daxilindəki bəlli qrupların iki ölkənin qarşılıqlı maraqlarına köklənmiş siyasətə dəstək versələr, özlərinin də faydasınadır.

1news.az   

Paylaş:
557

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər