Rövnəq Abdullayev Abu-Dabidə keçirilən “dəyirmi masa”da iştirak edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Rövnəq Abdullayev Abu-Dabidə keçirilən “dəyirmi masa”da iştirak edib

11:17 - 13 / 11 / 2017
Rövnəq Abdullayev Abu-Dabidə keçirilən “dəyirmi masa”da iştirak edib

Ötən gün Abu-Dabidə (BƏƏ) neft şirkətlərinin rəhbərlərinin toplandığı II illik “dəyirmi masa” keçirilib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, 26 şirkətin rəhbərinin qatıldığı tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev də iştirak edib.

"Dəyirmi masa"da enerji sektorunda təchizat və tələbin dinamikasındakı dəyişikliklər və s. aktual məsələlər müzakirə olunub.

ADNOC-un baş ofisində keçirilən "dəyirmi masa"da şirkətin rəhbəri əl Cabir bildirib ki, tədbir neft və qaz sənayesi liderlərinin fikirlərini bölüşməsi və enerji sektorunun inkişaf perspektivləri, onun təchizat və tələbə təsirinin müzakirəsi baxımından əvəzsiz imkan yaradıb.

"Dəyirmi masa"da “Saudi Aramco” şirkətinin prezidenti və baş icraçı direktoru Amin H.əl-Nasir, BP şirkətinin baş icraçı direktoru Bob Dadli, “Exxon Mobil” şirkətinin sədri Darren Vuds, “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov, “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre, “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyanne və digər şirkətlərin rəhbərləri iştirak ediblər.

S.Xankişiyeva

 

Paylaş:
739

Son xəbərlər

Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04
Bütün xəbərlər