Ronaldodan daha bir rekord: Çempionlar Liqasının tarixinə düşdü | 1news.az | Xəbərlər
Futbol

Ronaldodan daha bir rekord: Çempionlar Liqasının tarixinə düşdü

19:48 - 15 / 02 / 2018
Ronaldodan daha bir rekord: Çempionlar Liqasının tarixinə düşdü

İspaniyanın “Real Madrid” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasında bir komandanın heyətində 100 qol vuran ilk futbolçu kimi tarixə düşüb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, onun ən yaxın izləyicisi olan “Barselona”nın futbolçusu Lionel Messinin hesabında 97 qol var.

Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Real” və Fransanın PSJ komandaları arasında keçirilən matçda 33 yaşlı Ronaldu dubla imza atıb.

Portuqaliyalı hücumçuya bu nailiyyəti əldə etmək üçün 95 oyun bəs edib. O, İngiltərənin “Mançester Yunayted” klubundan “Real”a 2009-cu ilin yayında keçib. Çempionlar Liqasında onun hesabında ümumilikdə 117 qol var. Ronaldo turnir tarixinin ən yaxşı bombardiridir.

Həmçinin Ronaldo yeddi mövsüm ardarda Çempionlar Liqasında ən azı 10 qol vuran ilk futbolçu olub. O, 2011-2012-ci il mövsümündə 10, 2012-2013–cü il mövsümündə 11, 2013-2014 –cü il mövsümündə 17, 2014-2015-ci illərdə 10, 2015-2016-cı il mövsümündə 17, 2016-2017-ci il mövsümündə isə 12 dəfə fərqlənib. Hazırkı mövsümdə onun hesabında 11 qol var.

Qeyd edək ki, Ronaldo dörd dəfə Çempionlar Liqası, Avropa çempionu, beş dəfə “Qızıl top”, İspaniya və İngiltərə çempionu, İspaniya və İngiltərə kubok və superkubokunun sahibi, klublararası dünya çempionatının və UEFA Superkubokunun qalibi olub.

1news.az

Paylaş:
943

Son xəbərlər

Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50
Bütün xəbərlər