“Roma”nın baş məşqçisi: “Qarabağ” güclü komandalardan biridir | 1news.az | Xəbərlər
İdman

“Roma”nın baş məşqçisi: “Qarabağ” güclü komandalardan biridir

21:58 - 26 / 09 / 2017
“Roma”nın baş məşqçisi: “Qarabağ” güclü komandalardan biridir

Komandamızın əsas heyətini futbolçuların hazırlıq səviyyəsinə görə müəyyənləşdiririk. Çalışıram ki, bütün oyunçularıma şans verim. “Qarabağ” komandasına və bu klubun tarixinə böyük hörmətim var. Bilirəm ki, sabah bizim üçün asan oyun olmayacaq.

1news.az   xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda Bakı Olimpiya Stadionunda “Qarabağ” komandası ilə qarşılaşacaq “Roma” klubunun baş məşqçisi Eusebio Di Françesko sentyabrın 26-da təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib: “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn güclü komandalardan biridir. Komandanın güclü futbolçuları var və hamısının oyunlarını yaxından izləmişik. Qrupumuzda güclü komandalar yer alıb. Ona görə də bu oyunda qalib gəlməyə çalışacağıq.

“Roma”nın futbolçusu Juan Jesus qarşılaşma ilə bağlı fikirlərini bölüşərkən deyib: “Qarabağ” ilk oyunda məğlub olduğu üçün bu qarşılaşmada qalib gəlməyə çalışacaq. Buna görə də sabah bizim üçün çətin oyun olacağını düşünürəm. Lakin bizim bu oyunla bağlı taktikamız sırf müdafiə olunmaq deyil”.

1news.az   

Paylaş:
650

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər