Riad Qasımov: Bu şəkilləri yayan insanlar 8 ildir ki, İçərişəhərdə olmayıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Riad Qasımov: Bu şəkilləri yayan insanlar 8 ildir ki, İçərişəhərdə olmayıblar

13:48 - 26 / 04 / 2019
Riad Qasımov: Bu şəkilləri yayan insanlar 8 ildir ki, İçərişəhərdə olmayıblar

Sosial şəbəkələrdə İçərişəhərlə bağlı yayılan şəkillər 2011-ci ilə aiddir.

1news.az trend-ə istinadla xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) Aparat rəhbəri Riad Qasımov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Qala divarlarının həmin bürc hissəsində 2011-ci ildə restavrasiya aparılıb:

“Sovet dövründə - 1954-cü ildə orada aşağı səviyyəli restavrasiya aparılıb. Erməni əsilli memar tərəfindən bürc ləğv olunub, əvəzində düz divar tikilib. Biz arxivdən tarixi bürc görüntüsünü əldə etdikdən sonra İçərişəhərdə bürc bərpa edildi. 2011-2012-ci ildə bu bürc bərpa olundu. İndi sosial şəbəkələrdə yayılan şəkillər həmin restavrasiyaya aiddir”.

DTMQİ-nin aparat rəhbəri vurğulayıb ki, İçərişəhərlə bağlı aparılan mənfi kampaniya qərəzli məqsəd daşıyır:

“Hazırda İçərişəhərdə idarə tərəfindən gözəl işlər görülür. Müsbət nəticələr əldə olunur. Kimlərinsə marağındadır ki, bu nəticələri, işləri onu pis qələmə versin. Bu cür təxribatlar keçməyəcək. İçərişəhəri ziyarət edən və burda yaşayan insanlar həmin sahədən keçərkən yayılan məlumatların yalan olduğunu görə bilər”.

R.Qasımov bildirib ki, bu şəkilləri yayan insanlar 8 ildir ki İçərişəhərdə olmayıblar:

“Bu qara kampaniyanın təşəbbüskarı olan şəxslər öz məqsədləri üçün bu şəkilləri paylaşırlar. Son səkkiz ildə bir dəfə gələn insan həmin bürcü şəxsən görə bilərdi. O bürc açıqdır. Heç vaxt bağlı olmayıb. Uzun illərdir İçərişəhərdə çalışan bir insan kimi məni narahat edir ki, xarici turistlər buranı bəzi yerli sakinlərdən daha yaxşı tanıyır”.

Aparat rəhbərinin sözlərinə görə, yeni konstruksiyalar divardan 1-3 metr aralıdır.

“Hazırda yeni konstruksiyalar divardan aralıdır. Bu, həm də çirkab suların axması probleminə çarədir. Burda nəmişlik olmur. Köhnə restoranlar ağacdan olsa da, işıq buraxmırdı. Yeni obyektlər şüşədən olacaq. Həm tarixi görüntü görünəcək, həm də qala divarlarına işıq düşəcək. Həmin restoranlar İçərişəhərə gələn qonaqların, sakinlərin sevilən məkanlarına çevriləcək”.

1news.az

 

Paylaş:
1664

Son xəbərlər

Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46
Bütün xəbərlər