1news.az

Reyhan Camalova dünyanın 100 qadınından biri seçildi – VİDEO

19 Noyabr saat 16:42 ~ 1 dəqiqəlik oxu 138
Reyhan Camalova dünyanın 100 qadınından biri seçildi – VİDEO

"Rainergy” layihəsinin müəllifi, 16 yaşlı startapçı Reyhan Camalova Britaniya Yayım Korporasiyası (British Broadcasting Corporation – BBC) tərəfindən dünyanın 100 qadını siyahısına seçilib.

1news.az-ın publika.az-a istinadla verdiyi xəbərə görə, bu barədə gənc startapçı öz sosial şəbəkə hesabında məlumat yayıb.

Hal-hazirda BBC tərəfindən seçilmiş dünya üzrə 100 qadından biri olmaq sevincini yaşıyıram!"-, R.Camalova qeyd edib.

Qeyd edək ki, Reyhan Camalovanın "Rainergy" layihəsi yağış suyundan enerji istehsalını nəzərdə tutur. Bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır və 22 vatt enerji istehsal edir. Reyhan Camalova bu ixtirasına görə Forbes jurnalının "30 yaşdan aşağı 30 asiyalı" siyahısına da düşüb.

S.Xankişiyeva

 

 

 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net