Rəsulzadənin xanımının məzarı tapıldı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəsulzadənin xanımının məzarı tapıldı – FOTO

13:29 - 22 / 11 / 2017
Rəsulzadənin xanımının məzarı tapıldı – FOTO

Türkiyədə yaşayan azərbaycanlı jurnalist Könül Şamilqızı Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla Rəsulzadənin (Vanda xanım) məzarını tapıb.

1news.az xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkədə yazıb.

O qeyd edib ki, ADR-in banisinin xanımının məzarı “Əsri” qəbiristanlığındadır: “Bir neçə gün əvvəl cümhuriyyət dövrünü araşdıran gənc dostlarımızdan biri Ceyhun Nabi böyük Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Vanda xanımın, həmçinin Abbasqulu Kazımzadənin və Məhəmməd Əli Rəsulzadənn məzarını tapmaqda yardım istədi. Daha əvvəl də maraqlanmışdım və mənə Vanda xanımın “Əsri” məzarlığının xristian bölməsində olduğunu, zamanın qaydalarına görə kimsəsi olmadığı üçün məzarın yerinin belə, bilinmədiyini demişdilər. Bildiyim qədər hamıda bu məlumat vardı.

Bu gün (dünən-red.) Abbasqulu Kazımzadənin məzarı ilə bağlı bir şey öyrənmək ümidi ilə əvvəlcə Cebeci Askeri Şəhidliyinə getdim. Şəhidlik müdiri sağ olsun, bütün qeydləri çıxartdı, baxdı, yox idi. Oradan yenə ümidlə “Əsri” məzarlığına getdim. Mən gedənə qədər Şəhidlik müdiri onları aramışdı, sağ olsun. Axtardılar, dəftərləri çıxartdılar, 47-ci ilin qeydlərində Abbasqulu Kazımzadə yoxdur. Bu arada söhbət edərkən Rəsulzadənin həyat yoldaşı Leyla xanımın da “Əsri” məzarlığında olduğunu, amma tapılmadığını dedim. O isə tapdıqlarını dedi. Məlum oldu ki, adı dəftərdə Vanda deyil, Leyla Rəsulzadə kimi qeyd olunub”.

K.Şamilqızı əlavə edib ki, həmin məzarın üzərində Leyla xanıma aid olması ilə bağlı heç nə yazılmayıb.

1news.az

Paylaş:
668

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər