Respublika Müalicəvi Diaqnostika Mərkəzi – pasiyentlər nə üçün bu klinikaya inanır? – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Respublika Müalicəvi Diaqnostika Mərkəzi – pasiyentlər nə üçün bu klinikaya inanır? – FOTO

14:00 - 07 / 12 / 2018
Respublika Müalicəvi Diaqnostika Mərkəzi – pasiyentlər nə üçün bu klinikaya inanır? – FOTO

Akkreditasiya – hər hansı bir proqramın və yaxud müəssisənin təyin olunmuş keyfiyyət standartlarına cavab vermək və xüsusiləşdirilmiş prosesi standartlara uyğun yerinə yetirmək qabiliyyətində olmaq deməkdir.

Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) ABŞ-ın JCI (Joint Commission International) standartları ilə tibbi xidmət göstərir.

JCI bütün dünyada səhiyyə mərkəzlərinin akkreditasiyasını icra edən ən nüfuzlu və etibarlı təşkilat kimi qəbul olunur. Dünyada keyfiyyətli tibbi xidmət və pasiyent təhlükəsizliyi üzrə tanınan bir nailiyyətdir. Akkreditasiya prosesi yoxlama ilə bitmir, qızıl nişan 3 il müddətinə verilir və yeni nişan qazanmaq üçün yenidən akkreditasiya prosesindən keçmək lazımdır. Yəni bu proses daimi olaraq keyfiyyətin yaxşılaşdırılması və təhlükəsizliyin təmini və artırılması ilə bağlıdır.

JCI 1990-cı ildə yaradılıb və bu vaxta qədər dünyanın 69 ölkəsində 900-dən artıq xəstəxana JCI akkreditasiyasından keçib.

Respublika Müalicəvi Diaqnostika Mərkəzi ilə birgə dünyanın qabaqcıl ölkələrinin bir çox aparıcı xəstəxanaları JCI akkreditasiyası qazanan xəstəxanalar siyahısındadır. Məsələn, İsraildə 32, Almaniyada 2, Türkiyədə 44 xəstəxana JCI qızıl nişanını qazanıb.

Xəstəxana JCI qızıl nişanını əldə edibsə, bu, o deməkdir ki, xəstəxana:

- Üzərinə yüksək keyfiyyətli tibbi xidmət göstərmək öhdəliyi götürür;

- Pasiyentlər, ziyarətçilər və işçilər üçün təhlükəsizlik mədəniyyəti mühiti yaradır;

- Qabaqcıl və sübutlara əsaslanan müalicə və qulluq göstərir.

JCI akkreditasiyasının əsas məqsədləri pasiyentin təhlükəsizliyini (o cümlədən cərrahi təhlükəsizlik, xəstəxanadaxili infeksiyaların azaldılması, yanğından mühafizə, sterilliyin yüksək səviyyədə qorunması) və ona tibbi qulluğun keyfiyyətini yüksək səviyyədə saxlamaq və daimi olaraq daha da yaxşılaşdırmağa çalışmaqdır.

RMDM-də, akkreditasiya olunmuş xəstəxana kimi, müalicə almaq pasiyent təhlükəsizliyi, kliniki müalicə və qulluq və ümumi olaraq pasiyentə dəstək meyarlarına ciddi riayət olunması deməkdir.

Respublika Müalicəvi Diaqnostika Mərkəzi JCI akkreditasiyasından keçərək və qızıl nişan qazanaraq müalicə və qulluqda yüksək keyfiyyəti təmin etmək üçün kliniki praktikada bir çox yeniliklər tətbiq etməyə başlayıb. Bunlardan cərrahi təhlükəsizliyin əsas təminatçısı kimi taym-aut və sayn-aut prosedurları, SBAR sistemi ilə xəstənin müxtəlif şöbələr arasında, həmçinin əməliyyatxana və reanimasiya, təhvil-təslim edilməsi, pasiyentin vəziyyətinin qiymətləndirilməsi üçün Erkən Xəbərdarlıq Şkalasının istifadə edilməsini göstərmək olar.

Həmçinin RMDM-də xəstə təhlükəsizliyini təmin etmək üçün erkən xilasetmə vasitəsi kimi “Kod göy” proseduru tətbiq edilir. Buna görə xəstəxananın bütün kliniki və qeyri-kliniki personalı BLS (təməl həyat dəstəyi) təlimlərindən keçib. Yanğın təhlükəsizliyi də xəstəxananın çox böyük önəm verdiyi sahələrdən biridir. Mütəmadi olaraq, RMDM işçilərinə yanğından mühafizə, odsöndürən balonlardan istifadə, yanğın zamanı xəstələrin təxliyyəsi üzrə təlimlər aparılır.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin əsas məqsədi – sağlam cəmiyyət təminatçısı olmaqdır. Mərkəz JCI Qızıl nişanı ilə məqsədə doğru daha inamla irəliləyir!

Paylaş:
4534

Son xəbərlər

Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57
Bütün xəbərlər