Rəqsanə ilə jurnalist arasında qalmaqal: “Haqqımı ona halal etmirəm, haramı olsun” | 1news.az | Xəbərlər
Mədəniyyət

Rəqsanə ilə jurnalist arasında qalmaqal: “Haqqımı ona halal etmirəm, haramı olsun”

16:43 - 21 / 09 / 2018
Rəqsanə ilə jurnalist arasında qalmaqal: “Haqqımı ona halal etmirəm, haramı olsun”

Jurnalist Ülviyyə Alovlu müğənni Rəqsanə İsmayılova ilə işbirliyinə qalmaqallı şəkildə son qoyub. 

1news.az Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb sənətçinin jurnalistin pulunu verməməsi olub. Ülviyyə bununla bağlı açıqlamasında bildirb ki, Rəqsanə ilə çalışdıqdan sonra onun bir çox sirrini öyrəndiyini deyib:

"Bütün jurnalist həmkarlarıma, musiqiçilərə, konsert salonlarına, konfrans zallarına və ümumiyyətlə, sənətlə, musiqi ilə bu və ya digər formada əlaqəsi olan hər kəsə müraciət edirəm: pulu öncədən qəpiyinədək almadan Rəqsanə İsmayılova ilə heç bir iş görməsinlər. Bu insan, beş aydır ki, min vəd versə də, görülən işin qonorarını ödəmir.

Əslində, bu qadınla ömründə iş görməzdim. Amma onun üçün müraciət edən aparıcı Fira (Firuzə Cəlilova - red.) oldu. Ölkədə daha heç kim onunla işləmirdi. Çünki bütün media ilə məhz pul məsələlərinə görə problem yaşamışdı. Fira o pulu şəxsən özünün ödəyəcəyinə söz verdi. Amma ödəniş günü çatanda Fira da Rəqsanə kimi geri çəkildi. Dedi ki, Rəqsanə ona da atıb. 

Hələ bu azmış kimi, mənim Rəqsanənin işlərini gördüyümü öyrənən borc sahibləri də məni narahat etməyə başladı.
Sən demə, bunun illərdir paltar alverçilərindən tutmuş kirayə maşın salonlarına qədər hamıya borcu var imiş. Bunun heç şəxsi maşını da yox imiş. Bu illər ərzində kirayə maşın götürüb sürürmüş. Hələ də birinə 5 min dollar borcu var. 
Yazdırdığı mahnılar və Türkiyədə elətdirdiyi aranjimanlara görə bir hörmətli musiqiçiyə 4000 dollar borcu var. Ona borcu qaytarmamaq üçün kimlərəsə zəng elətdirib, hədə-qorxu gəlib ki, o borcu unutdursun. 

Haqqımı ona halal etmirəm, haramı olsun".

1news.az

Paylaş:
724

Son xəbərlər

Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15
Bütün xəbərlər