Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşüb

11:47 - 17 / 10 / 2018
Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşüb

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Ali Məktəbə 2018-ci ildə qəbul olmuş Prezident təqaüdçüləri ilə görüş keçirib. Ölkədə bu il I ixtisas qrupu üzrə Prezident təqaüdünə layiq görülən 26 nəfərin hər biri ilə yaxından tanış olan rektor tələbələri BANM-a daxil olmaqları münasibətilə ürəkdən təbrik edib.

1news.az xəbər verir ki, rektor qeyd edib ki, 17 yaşında Azərbaycan Prezidentinin Fəxri Fərmanına düşmək hər bir gənc üçün böyük uğur və fəxrdir. “Bu adı layiqincə daşımaq sizin öz əllərinizdədir. BANM olaraq biz sizin hərtərəfli yetişməyinizdə maraqlıyıq və bunun üçün əlimizdən gələni edəcəyik”, – deyə Elmar Qasımov bildirib.

Ali Məktəbin 2018-ci il Prezident təqaüdçülərinin 13-ü “İnformasiya təhlükəsizliyi”, digər 13-ü isə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alacaqlar.

Prezident təqaüdünə layiq görülən 26 nəfərin 13-ü 700 bal, qalan 13-ü isə 695 bal toplayıb. Prezident təqaüdçülərinin 6-sı qız, 20-si isə oğlandır.

Qeyd edək ki, BANM bu il ölkə üzrə Prezident təqaüdçülərinin sayına görə liderdir.

1news.az

Paylaş:
390

Son xəbərlər

Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18
Bütün xəbərlər