"Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı ilə Qubada təlimlər keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

"Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı ilə Qubada təlimlər keçirilib

12:27 - 23 / 11 / 2017
"Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı ilə Qubada təlimlər keçirilib

BMT-nin İnkişaf Proqramı, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə Quba şəhərində “Elektron hökumət və elektron iştirak imkanlarının təkmilləşdirilməsi”, “Vikipediya”nın idarə olunması”na həsr olunan təlimlər keçirilib.

İctimai Birlikdən 1news.az-a verilən məlumata görə, “Azərbaycan Respublikasında İKT infrastrukturunun və İKT xidmətlərinin davamlılığının və səmərəliliyinin modernləşdirilməsi” layihəsi çərçivəsində təşkil olunan təlimlərdə e-hökumət və e-iştirak infrastrukturu, “Elektron hökumət” portalı (e-gov.az), portalın vətəndaşlara təqdim etdiyi xidmətlər, portaldan istifadə qaydaları, elektron imza, elektron sənəd haqqında nəzəri və praktik biliklər aşılanıb. E-hökumət və e-iştirak konsepsiyalarının qlobal inkişaf tendensiyaları, dövlətin şəffaf idarə edilməsində İKT-dən daha səmərəli istifadə, internet təhlükəsizliyi kimi məsələlər müzakirə edilib. İştirakçılara real iş rejimində “Elektron hökumət” portalı (e-gov.az) üzrə praktik bacarıqlarını artırmaq, habelə elektron imza və elektron sənəd haqqında məlumatlar verilib.

Təlim kursu innovativ texnologiyaların tətbiqi ilə biznesin inkişaf yollarını araşdırmaq, bununla bağlı yerli mütəxəssislərlə beynəlxalq ekspertlər arasında təcrübə mübadiləsi aparmaq baxımından yeni imkanlar yaradır, daha səmərəli regional sosial-iqtisadi inkişafa dəstək göstərir.

BMT-nin İnkişaf Proqramında layihə üzrə ekspert Barat Talıbov “Elektron hökumət”in müasir dövrün ən aktual məsələlərindən biri olduğunu bildirib. Qeyd edib ki, e-hökumətin yaşı 15-20 il olsa da, Azərbaycan bu sahədə xeyli iş görüb. O, e-hökumət portalını, elektron imzanı, müxtəlif dövlət qurumlarının göstərdiyi elektron xidmətləri misal olaraq göstərib. B.Talıbov layihə çərçivəsində regionlarda təlimlərin bu il noyabrın 3-də Gəncədən başladığını bildirib. Qubada təşkil olunan təlimin də təcrübə mübadiləsi baxımından zəngin olacağını qeyd edib.

“Regional İnkişaf” İctimai Birliyinin könüllülərlə iş, layihələr və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qənbərov bildirib ki, RİİB-in əsas fəaliyyət istiqamətlərindən biri vətəndaşlarla dövlət qurumları arasında dialoqun gücləndirilməsinə dəstək olmaqdır. Regionlarda e-hökumət sahəsində çalışan əməkdaşlar və gənclər üçün təşkil olunan bu təlimlər də dövlət qurumları və vətəndaş arasında elektron əlaqələrin təkmilləşdirilməsini, kadrların yüksək ixtisaslaşmasını və ölkəmizin internet məkanında mövqelərinin gücləndirilməsində gənclərin rolunun artırılmasını hədəf götürüb.

“Vikipediya”nın idarə olunmasına dair təlimdə isə regionun turizm marşrutları, tarixi və mədəniyyət abidələrinin “Vikipediya”da təbliği, eyni zamanda gənclərin bu platformada işləmə vərdişlərinin artırılması məsələləri müzakirə edilib. Azərbaycanda “Vikipediya” könüllülük hərəkatını dəstəkləmək və onun əhatəsini genişləndirmək məqsədini aşılayan təlimdə iştirakçılara, həmçinin bu qlobal informasiya resursunda məqalələrin yerləşdirilməsinə dair məlumatlar verilib.

İştirakçılara “Vikipediyaçının köməkçisi”, “Elektron Azərbaycan” adlı maarifləndirici nəşrlər və BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin sertifikatları təqdim edilib.

Bu cür təlimlərin Qəbələ, Bərdə, Şirvan, Lənkəran və digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.

1news.az 

 

Paylaş:
544

Son xəbərlər

Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19
Bütün xəbərlər