“PAŞA Sığorta”nın təşəbbüsü ilə “Karyera üçün Təhsil” layihəsinin təqdimatı keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“PAŞA Sığorta”nın təşəbbüsü ilə “Karyera üçün Təhsil” layihəsinin təqdimatı keçirilib – FOTO

11:10 - 17 / 11 / 2017
“PAŞA Sığorta”nın təşəbbüsü ilə “Karyera üçün Təhsil” layihəsinin təqdimatı keçirilib – FOTO

“PAŞA Sığorta”nın təşəbbüsü, “Junior Achievement Azərbaycan” (JA Azərbaycan) İB-nin təşkilatçılığı və PAŞA Holding-in dəstəyi ilə region gənclərinin peşəkar bacarıqlarının artırılması istiqamətində “Karyera üçün Təhsil” layihəsinə Göyçay və Şəki regionlarında start verilib.

Bu istiqamətdə Göyçay Peşə Liseyi, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində, həmçinin 1 saylı Şəki Peşə Məktəbi və  Şəki Dövlət Texniki Kollecində layihənin təqdimatı keçirilib.

Layihədə maraqlı olan 500-dən çox gəncin iştirak etdiyi təqdimat mərasimində layihə barədə geniş məlumat verilib. Qeyd olunub ki, gənclərin bilik və bacarıqlarını, məşğulluq imkanlarını artırmağı qarşısına məqsəd qoyan “Karyera üçün Təhsil” layihəsi peşəkar bacarıqların, maliyyə savadlılığının və sahibkarlıq biliklərinin artırılması istiqamətində təlimlər vasitəsi ilə gəncləri gələcək karyeralarında uğur qazanmaları üçün istiqamətləndirir.

2017-2018-ci tədris ilini əhatə edən layihədən hər iki region üzrə peşə məktəblərində təhsil alan, ümumi təhsil pilləsindən sonra təhsilini davam etməyən və işsiz olan 17-29 yaş arası 200 gənc faydalanacaq.

Layihənin iştirakçısı olacaq gənclərə peşəkar inkişaf təlimləri ilə yanaşı turizm, kənd təsərrüfatı, marketinq, satış və digər sahələr üzrə peşə yönümlü təlimlər keçiləcək. Eyni zamanda, layihənin son mərhələsində təşkil edilməsi nəzərdə tutulan təcrübə proqramı Göyçay və Şəki gənclərinin məşğulluq imkanlarını artırmağa şərait yaradacaq.

Təqdimat zamanı iştirakçılara metodiki vəsaitlər və məlumat xarakterli bukletlər paylanıb, gənclərin layihə ilə bağlı sualları cavablandırılıb.

Təqdimatın sonunda iştirakçıların seçim prosesi keçirilib. Seçim mərhələsinin nəticəsi olaraq seçiləcək 200 gənc noyabr ayından etibarən peşəkar inkişaf təlimlərində iştirak imkanı əldə edəcəklər.

Qeyd edək ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.

Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Reklam hüququnda

Paylaş:
973

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər