“Real” PSJ-nin sevinməsinə imkan vermədi, “Liverpul” səfərdən darmadağınla dönür – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Real” PSJ-nin sevinməsinə imkan vermədi, “Liverpul” səfərdən darmadağınla dönür – VİDEO

10:11 - 15 / 02 / 2018
“Real” PSJ-nin sevinməsinə imkan vermədi, “Liverpul” səfərdən darmadağınla dönür – VİDEO

Dünən axşam Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki qarşılaşma keçirilib.

1news.az-ın məlumatına görə, günün ən çox maraqla gözlənilən görüşü Madriddə baş tutub. Belə ki, yerli “Real” klubu Fransa təmsilçisi PSJ-ni qonaq edib.

Turnirin son qalibi olmuş madridlilərlə Fransa çempionatının vahid lideri arasındakı oyun gözlənildiyi kimi maraqlı və gərgin mübarizə şəraitində keçib.

Görüşdə hesabı Fransa təmsilçisi açsa da, ilk hissənin sonunda hesabı bərabərləşdirən meydan sahibləri ikinci hissədə daha iki qol vuraraq yekunda 3:1 hesablı qələbə qazanıblar.

Günün digər matçı Portuqaliyada baş tutub. Belə ki, “Porto” klubu “Liverpul”la üz-üzə gəlib. Rəqibinin qapısından 5 cavabsız top keçirən İngiltərə təmsilçisi növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib.  

 

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

 

14 fevral

“Real” (Madrid, İspaniya) – PSJ (Fransa) - 3:1

Qollar: Ronaldo, 45 (pen.), 83; Marselo, 86 - Rabio, 33

Baş hakim: Canluka Rokki (İtaliya)

 

 “Porto” (Portuqaliya) – “Liverpul” (İngiltərə) - 0:5

Qollar: Mane, 25, 53, 85; Salah, 29; Firmino, 70

Baş hakim: Daniele Orsato (İtaliya)

 

1news.az

Paylaş:
1008

Sizin üçün xəbərlər

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər