Ərdoğan ABŞ və Avropaya sonuncu dəfə xəbərdarlıq etdiyini bəyan etdi | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan ABŞ və Avropaya sonuncu dəfə xəbərdarlıq etdiyini bəyan etdi

18:50 - 20 / 08 / 2017
Ərdoğan ABŞ və Avropaya sonuncu dəfə xəbərdarlıq etdiyini bəyan etdi

Çağırışımıza səmimi cavab verməyən ölkələrin Türkiyənin atacağı addımlara reaksiyasını nəzərə almayacağıq. Bizə dost olaraq görünənlər PKK, PYD, YPG adı altında qurulmuş və qurulacaq terror təşkilatlarının qurumların nə olduğunu bildikləri halda bizim gözümüzün içinə  yalan söyləyirlər. Qərb bir terror təşkilatını yanına alaraq, guya digər terror təşkilatı olan İŞİD-lə mübarizə adı altında bölgəni yeni dizayn etməyə çalışır.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulda keçirilən rayon təşkilatlarının toplantısında bəyan edib.

R.T.Ərdoğan Türkiyənin ərazi bütövlüyü və müstəqilliyi olan bir yerdə ticarət kimi məsələlərin əhəmiyyətini itirdiyini vurğulayıb:

“Referendum dönəmində Türkiyə prezidentinə, AKP rəsmilərinə Almaniyanın qapılarını bağladılar. Hollandiyada xanım nazirimizə qarşı hörmətsizlik sərgiləndi. Almaniyanın xarici işlər naziri də mənə qarşı həddini aşıb. Sən kimsən ki, Türkiyə prezidentinə söz deyirsən?! Mən bir daha deyirəm ki, Almaniyadakı türklər Türkiyə düşməni olan partiyalara parlament seçkilərində səs verməyin, Almaniyada Türkiyəyə dost olan partiyalara səs verin. Məncə, Türkiyəyə qarşı düşmənçilik edən partiyalar Almaniyada yaxın vaxtlarda keçiriləcək parlament seçkilərində lazımi cavabı alacaqlar. Deyirlər ki, mən Almaniyanın daxili işlərinə qarışıram. Mən terrorçuları sizin kimi yanıma almıram, sığınacaq vermirəm. Türkləri demokratik hüquqlarından istifadə etməyə çağırıram. Bu gün terrorçuların, FETÖ-nün meydan suladığı yerlər Almaniya, o cümlədən ABŞ-dır. Onların məhkəməsi varsa, bizim də məhkəmələrimiz var”.

Türkiyənin Suriyada PYD/YPG terror təşkilatına qarşı yaxın vaxtlarda əməliyyata başlanacağı mesajını verən R. T. Ərdoğan deyib ki, ölkəsinin Suriya ilə 900 km, İraq ilə 384 km sərhədi var:

“ABŞ İraqdan 100 yük maşını ağır silahlar, texnika gətirdi, PYD/YPG və digər müxtəlif terror təşkilatlarına verildi. Guya terror təşkilatına qarşı mübarizə aparacaqlar. Bəs sonra nə olacaq? ABŞ-ın PYD/YPG və digər terror təşkilatlarına verdiyi texnika və silahdan Türkiyəyə qarşı istifadə edəcəklər. Mən bunu ABŞ prezidenti Donald Trampla görüşdə demişdim. Həmin texnika və silahların terror təşkilatlarından geri alınmasını istəyirik. Biz bu çağırışımıza səmimi cavab verməyən ölkələrin bundan sonra Türkiyənin atacağı addımlara reaksiyasını nəzərə almayacağıq. Biz sadəcə, terror təşkilatları, terrorçularla mübarizə aparırıq. Terrorçuların arasında olanla bizim üçün terrorçudur. Suriya və İraq məsələsində son sözümüz budur. Yaxın günlərdə atacağımız addımlar dəqiqləşəcək. Türkiyənin müvafiq qurumları buna uyğun hazırlıqlarını aparır”.

S.Xankişiyeva

Paylaş:
808

Son xəbərlər

Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Cavanşir Məmmədovla vida mərasimi keçirilirBu gün, 15:56Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10
Bütün xəbərlər