Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi | 1news.az | Xəbərlər
Siyasət

Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi

16:55 - 16 / 11 / 2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi

Noyabrın 16-da AMEA-nın Fəlsəfə İnstitutunun təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabının Livanda ərəb dilində nəşrinin təqdimatı keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, təqdimat mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabının bu yaxınlarda Livanın paytaxtı Beyrut şəhərində “Delta” Dərin Araşdırmalar Mərkəzində nəşr edildiyini bildirib. Qeyd edib ki, bu qiymətli əsər bir çox dillərə, o cümlədən fransız, ingilis, türk, rus dillərinə tərcümə olunub. Kitabı ərəb dilinə əlcəzairli tədqiqatçı, professor Zəim Xənişlavi tərcümə edib. Tərcüməçinin öyrənilən problemə bələdliyi ərəb oxucusuna Qarabağ problemini aydın şəkildə başa düşmək imkanı verib.

Tədbirdə AMEA-nın Fəlsəfə İnstitutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, deputat, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış ediblər.

Bildirilib ki, kitabda Azərbaycan və Ermənistan arasında hələ də davam edən münaqişənin əsasını təşkil edən tarixi problemdən danışılır. Müəllif problemi tarixi mənbələr əsasında oxucuya izah etməklə bir çox qaranlıq məqamlara aydınlıq gətirir, mürəkkəb məsələlərin həllini göstərən koqnitiv strategiya təqdim edir.

Qədim tarixi dövrlərə, orta əsrlərə, yeni və müasir tarixə aid mənbələrə istinadla yazılmış bu kitabda münaqişənin yaranma səbəbləri öyrənilir, daha sonra Azərbaycan tarixinin çoxəsrlik dövrlərində Dağlıq Qarabağ ərazisinin mülkiyyəti sənədlər əsasında izah olunur. Həmçinin kitabda demoqrafik inkişaf, Dağlıq Qarabağın azad edilməsi üçün silahlı müqavimətin başlanması məsələləri tədqiq edilir, Minsk qrupunun təşkilatçılığı ilə aparılan danışıqlar prosesi, bu vilayətdə mövcud olan vəziyyətə beynəlxalq qurumların münasibəti məsələləri oxucunun diqqətinə çatdırılır.

Kitab oxucuya problemin mahiyyətinə varmağa, münaqişənin səbəb və nəticələrini görməyə imkan verir, müasir tarixşünaslıq və politologiyada “Ermənistan və Azərbaycan arasında Qarabağ münaqişəsi” adlandırılan problemi obyektivliklə öyrənməyə başlayan hər kəsə kömək edir. Qarabağ vilayətinin tarixinin anlaşıqlı üslubda təqdim olunması oxucuya imkan verir ki, o, tarixi sənədləri çox vaxt xarakterizə edən rəsmi-quru üslubu başa düşmək əziyyətindən xilas olsun. Bu baxımdan belə bir kitabın ərəb dilinə tərcümə edilməsi ərəb oxucusunun problemlə əlaqəli bir çox həqiqəti başa düşmək işini asanlaşdırır.

S.Xankişiyeva

 

Paylaş:
533

Son xəbərlər

Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:3030 dərəcəyədək isti olacaq - Sabahın HAVASIBu gün, 12:27Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər - VİDEOBu gün, 12:23Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşibBu gün, 12:17Aprelin 21-də imtahan verəcək şagirdlərin sayı açıqlanıbBu gün, 11:37Bakıda bir yolda hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏBu gün, 11:29Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pullarını alan iki vəzifəli şəxsə cinayət işi açıldıBu gün, 11:22Azyaşlılar Bakı-Sumqayıt qatarına daş atdı - Şüşə sındı - VİDEOBu gün, 11:12Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunubBu gün, 11:03FHN əməkdaşları ötən gün 5 nəfəri xilas edibBu gün, 10:54Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaqBu gün, 10:44Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıbBu gün, 10:14Ombudsman Aparatı Başlıbel faciəsi ilə bağlı paylaşım edibBu gün, 10:07Şənbə günü paytaxtda iməcilik olacaqBu gün, 10:06Başlıbel faciəsindən 31 il ötürBu gün, 09:57Xankəndidə qumbara və avtomatlar tapılıbBu gün, 09:42Xətai rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən varBu gün, 09:32AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:22
Bütün xəbərlər