Ramin Musayev: “Oğluma da dedim ki, get, işinlə məşğul ol” | 1news.az | Xəbərlər
Futbol

Ramin Musayev: “Oğluma da dedim ki, get, işinlə məşğul ol”

16:37 - 27 / 07 / 2018
Ramin Musayev: “Oğluma da dedim ki, get, işinlə məşğul ol”

“Ötənilki çempionat maraqlı keçsə də, avrokubokdakı nəticələrdən razı qalmadım. Klublarımız Avropa Liqasına bir ay qalmış hazırlaşmağa başlayırlar. Bu prosesə qışdan start vermək lazımdır. Amma buna rəğmən, reytinqdə iki pillə irəlilədik”.

1news.az-ın Komanda.az-a istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Ölkə futbolundan danışan Liqa rəhbəri haqq-ədalətin olduğu bir çempionat təşkil etməyə çalışdıqlarını söyləyib:

“İndiyə qədər ciddi bir problemimiz olmayıb. Yeni mövsümdə 1-ci divizion klublarının sayı az olduğu üçün əvəzedicilərlə birləşdirdik. Başqa reqlament və limitlə yeni çempionat keçirəcəyik. Bu layihənin də özünü doğruldacağına inanıram. Yerli oyunçu qıtlığl var, bu, danılmaz fakdır. Aşağı yaş qruplarında lazımı səviyyədə işlər getmir. Millinin baş məşqçisi Qurban Qurbanovla söhbətimizdə də bu məsələrəri müzakirə edirik”.

Musayev danışılmış oyunlarla bağlı da fikir bildirib:

“Danışılmış oyunlarda adları hallanan klublar çempionatda olmayacaq. Birinci divizion təmsilçilərindən 6-sı yarışa qatılmalıdı. İnşallah, gələn həftə püşkatma mərasimi olacaq. Hansısa komanda yarışda olmasa, deməli, az-çox adı danışılmış oyunlarda hallanıb. Məsələn, “Binə”nin və İmişli klubunun rəhbərliyi gəlib demişdi ki, uşaqlarla bacara bilmirik. 30-35 yaşlı futbolçular 1-ci divizionda nə futbola, nə də özlərinə xeyir verirlər. 20-22 yaşlı oyunçu artıq özünə həyat qurmalıdır. Bilməlidir ki, ya futbolçudur, ya da özünə başqa sənət tapsın.

Transfer vaxtı futbolçuların tanışları o qədər zəng vururlar ki... İzah edə bilmirsən ki, bu adam futbol oynaya bilmir. Oğluma da dedim ki, get, işinlə məşğul ol.

Ruslan Tağızadənin atası məni boğaza yığıb. And verir ki, oğluma kömək elə, səviyyəsi Premyer Liqadan da güclüdür. Halbuki Ruslanın da adı danışılmış oyunlarda hallanır. Fikirləşmir ki, səndən futbolçu olmaz. Əvvəlki vaxt gedib, indi pul yoxdur”.

1news.az

Paylaş:
1242

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər