Qurban Qurbanov: “Onda gərək məni də dəyişsinlər” | 1news.az | Xəbərlər
Futbol

Qurban Qurbanov: “Onda gərək məni də dəyişsinlər”

21:00 - 21 / 11 / 2017
Qurban Qurbanov: “Onda gərək məni də dəyişsinlər”

“Ağır oyuna çıxacağıq. Həm rəqib, həm də bizim üçün vacib matçdı”.

1news.az Apasport.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində 5-ci oyununu sabah “Çelsi”yə qarşı keçirəcək.

Matçdan əvvəl mətbuat konfransı keçirən Qurbanov Bakı Olimpiya Stadionunda baş tutacaq görüşdə azarkeşləri sevindirmək istədiklərini bildirib: “Bu il Bakıdakı sonuncu matça çıxacağıq. Rəqibin gücünü bilirik. Az səhv etməyə və düzgün mübarizə aparmağa çalışacağıq”.

- Pedro Enrike sabah oynamayacaq. Bu sizin üçün ciddi itkidi. Onun yerində kimi oynatmaq fikriniz var? Kintana sabah meydana çıxacaqmı?

- Pedro haqda fikirləşmirik. Daninin oynaması haqda da hələ dəqiq qərar verməmişik. Bu gün, sabah vəziyyətinə baxacağıq. Ondan sonra qərar verəcəyik. Pedronun mövqeyində kimin oynayacağını indi deyə bilmərəm.

- İki heyətlə oynamaq arzunuz nə vaxt gerçəkləşəcək?

- Çempionat oyunlarında belə rotasiyalar edirik. Amma bəzən iki heyət üçün oyunçu yetərli olmur. Zədələri də nəzərə almaq lazımdı. Təkcə biz yox, digər klublar da futbolçu potensialını gücləndirməlidi. Biz hələ o səviyyəyə çatmamışıq. Həm klub kimi formalaşmağa, həm də komanda olaraq yaxşı oyun göstərməyimizə çox vaxt lazımdı.

- Qrupda üçüncü yeri tutmaq fikri komandada təzyiq yaradırmı?

- Təzyiq həmişə olur. Bu turnir bir nömrədi. Çempionlar Liqasında oynayan futbolçu da, mən də təzyiq altında qalırıq. Azarkeşlər bizdən yaxşı nəticə gözləyirlər. Bu da normaldı. Amma qarşımızdakı rəqibi düzgün qiymətləndirməliyik. “Çelsi” dünyanın ən güclü klublarından biridi. Məşqçiləri də ən güclülərdəndi. Onlarla oyun rahat keçmir. Hər bir rəqibə çox ciddi yanaşırlar. Biz bunu başa düşürük. Mən dəfələrlə demişəm ki, biz çox təcrübə toplamalıyıq. Futbolçular da bunu anlayırlar. Sabah “Çelsi”yə qarşı layiqli oyun göstərməyə çalışacağıq. Onların nöqsanını görə bilməzsən. Hər davranışı düşünülmüşdü. Futbolçularımız rəqibi anbaan izləməlidilər. Bu onlar üçün ağır olacaq. Amma oyunçularıma güvənirəm. Rəqib fərqli sistemlərdə oynayır. İstərdim ki, sabah məğlub olsaq belə, azarkeşlər stadiondan razı getsinlər. İlk dəfədi ki, azarkeşlərimiz də böyük komandalar, böyük oyunlar görürlər. 

- “Çelsi” ilə ilk oyunda gərginlik yaşayan futbolçulardan biri İbrahim Şehiç oldu. Bu, onun və ya digərləri üçün sabahkı matçda problem yarada bilərmi?

- Futbol elə bir səviyyəyə gəlib çıxıb ki, o cür hesablar çox komandaların oyununda ola bilər. “Çelsi” özü ilə eyni səviyyədə olan rəqiblərə də o qədər qol vurub. Görürəm ki, Şehiç haqda sual çox verilir. Amma biz bu barədə düşünmürük. Hər biri təcrübəli futbolçudu. Onda gərək bir məşqçi kimi məni də dəyişsinlər, köməkçim komandanı oyuna çıxarsın. Elə deyil. Biz oyundan-oyuna, gündən-günə, ildən-ilə daha yaxşı komanda olmağa çalışırıq. Allahın izni ilə bunu bacarırıq.

1news.az

Paylaş:
635

Sizin üçün xəbərlər

Son xəbərlər

Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53
Bütün xəbərlər