Qurban Qurbanov: “Maltaya qələbə qazanmaq üçün gəlmişik” | 1news.az | Xəbərlər
Futbol

Qurban Qurbanov: “Maltaya qələbə qazanmaq üçün gəlmişik”

13:29 - 10 / 09 / 2018
Qurban Qurbanov: “Maltaya qələbə qazanmaq üçün gəlmişik”

“Vacib oyuna gəldiyimizi bilirik. Bu görüş həm rəqib, həm də bizim üçün önəmlidir. Farer adaları  - Malta oyununa (3:1) baxdıq. Maltalılar məğlubiyyətə layiq deyildilər. Yaxşı oyun nümayiş etdirdilər.

1news.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının II turunda Malta ilə səfər oyunundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

Malta ilə görüşə qədər vaxtın az olmasından gileylənən baş məşqçi buna baxmayaraq rəqibi yaxşı analiz etdiklərini, futbolçularının qarşılaşmaya hazır olduqlarını bildirib:

“Bir günümüz yolda keçdi. Lakin oyunçularıma güvənirəm, inanıram ki, sabah öz oyunlarını nümayiş etdirəcəklər”.

Kosova ilə Maltanı müqayisə edən Q.Qurbanov onların oyun üslublarının fərqli olduğunu söyləyib:

“Mən heç vaxt rəqibin hansısa oyunçusunun adını çəkməmişəm. Son vaxtlar stabil çıxış edirlər. Sürətli oyunçuları çoxdur. Hər bir kollektiv bu turnirdə məğlub olmaq istəmir. Yaxşı nəticə qazanmağa çalışacağıq. Bura qələbə üçün gəlmişik. Lakin futbolda bəzən istəmədiyin şeylər də olur. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

Azərbaycan millisinin 3 il öncə Malta ilə 2:2 hesabı ilə heç-heçə etdiyi matçı izləmədiyini deyən Q.Qurbanov buna ehtiyac görmədiyini bildirib:

“Bizə son matçlar lazım idi. Həmin görüşə baxmağı lazım bilmədim. Heyətə gəlincə, elə də böyük dəyişiklik olmayacaq. Amma dəyişiklik gözlənilir”.

Mətbuat konfransında iştirak edən millinin yarımmüdafiəçisi Riçard almeyda da Malta ilə keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. O, qarşıdakı oyunun onlar üçün çox vacib olduğunu söyləyib:

“Bizim üçün çox məsuliyyətli oyundur. Baş məqçinin qarşımızda qoyduğu bütün tapşırıqları yerinə yetirməyə çalışacağıq. Müsbət nəticəyə ümid edirəm. Bizi çətin oyun gözləyir. Komandamız əla oynamalıdır. Tək mənimlə iş bitmir”.

Qeyd edək ki, Malta – Azərbaycan oyunu bu gün Bakı vaxtı ilə saat 22:45-də Ta Qali milli stadionunda start götürəcək. Qarşılaşma “CBC Sport” telekanalında birbaşa yayımlanacaq.

Teymur Maksutov

Paylaş:
435

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər