1news.az

Qubada əmisinin gəlinini qaçıran kişi öldürüldü

22 Oktyabr saat 10:19 ~ 1 dəqiqəlik oxu 1429
Qubada əmisinin gəlinini qaçıran kişi öldürüldü

Bir neçə gün əvvəl sosial mediada Azərbaycanda əmisinin gəlini ilə qaçan gənc oğlanın ayaqları bağlanmış halda linç edilməsinin görüntüləri yayılmışdı.

1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, videodakı gənc artıq öldürülüb.

Belə ki, əldə etdiyimiz məlumata görə, linç edilən gənc Qubanın Tülər kənd sakinidir. O, 5 gün əvvəl əmisinin gəlini ilə qaçıb. Bir müddət əvvəl həyat yoldaşından boşanan şəxs əmisi oğlunun arvadı ilə qaçandan az sonra tapılıb. Gəlinin əri və dostları onları yaxalayaraq kəndə gətirib. Bu zaman onlar 30 yaşlı Şahini (ad şərtidir) kənd yaxınlığındakı sahədə ayaqlarını bağlayaraq linç ediblər. Daha sonra həmin görüntülər internetdə yayılıb.

Dünən isə kənd ərazisində Şahin növbəti dəfə linç edilib və bir qrup şəxs onu araya salaraq vəhşicəsinə döyüb. Bu zaman qarışıqlıqdan istifadə edən şəxslərdən biri onu bıçaqlayaraq öldürüb.

Artıq faktla bağlı cinayət işi açılıb, saxlanılanlar var.

Mövzu ilə bağlı:

Azərbaycanda şok hadisə: Əmisinin gəlinini qaçıran evli kişiyə belə işgəncə verdilər – VİDEO

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net