1news.az

Qriqoryanın həbs müddəti uzadılıb

17 Avqust saat 13:26 ~ 1 dəqiqəlik oxu 182
Qriqoryanın həbs müddəti uzadılıb

Ermənistanın müdafiə nazirinin sabiq müavini,  millət vəkili, general  Manvel Qriqoryanın həbs müddəti iki ay uzadılıb.

1news.az xəbər verir ki, bu barədə “aysor.am” Ermənistan Baş Prokurorluğuna istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, istintaq müddətinin uzadılması üçün ərizə xüsusi istintaq xidməti tərəfindən təqdim edilib.

İyunun 19-da Baş Prokurorluğun ərizəsi əsasında Manvelyan məhkəmə tərəfindən əvvəlcə deputat toxunulmazlığından məhrum edilib, sonra isə həbs olunub.

O, qanunsuz silah saxlamaqda və özgə əmlakını mənimsənilməsində ittiham olunur.

P.Sultanova

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Ermənistan BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net