Qlobal Rəqabətlilik Hesabatı göstərdi ki, Azərbaycan inkişafda olduğunu diqtə etməkdədir - RƏYLƏR | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qlobal Rəqabətlilik Hesabatı göstərdi ki, Azərbaycan inkişafda olduğunu diqtə etməkdədir - RƏYLƏR

16:27 - 17 / 10 / 2018
Qlobal Rəqabətlilik Hesabatı göstərdi ki, Azərbaycan inkişafda olduğunu diqtə etməkdədir - RƏYLƏR

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı tamamilə yeni metodologiya əsasında hazırlanaraq ictimaiyyətə təqdim edilib.

1news.az xəbər verir ki, qlobal trendlər nəzərə alınmaqla, hesabatın metodologiyasında dəyişikliklər o qədər dərin və əhatəli olub ki, Dünya İqtisadi Forumu bu metodologiyanı yeni nəsil “4.0” kimi təqdim edib. Bu isə onu deməyə əsas verir ki, “Qlobal Rəqabətlilik Hesabatı-2018/2019” yeni dövrün ilk hesabatıdır. Belə ki, əvvəlki illərdən fərqli olaraq hesabatın metodologiyası ciddi şəkildə dəyişdirilərək hesabata yeni indikatorlar daxil edilib. Ümumilikdə əvvəlki hesabatın 114 indikatorundan 84-ü (74 faizi) çıxarılıb, 68 yeni indikator isə daxil edilib. Beləliklə, hesabatda mövcud 98 indikatorun 70 faizi tamamilə yenidir.

Azərbaycan Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilib. Ölkəmiz ilk hesabatda Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşıb. Hesabatın 12 əsas sütun indikatorundan 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Belə ki, hesabatın İnstitutlar, İnfrastruktur, İKT-nin istifadə səviyyəsi, Səhiyyə, Əmək bazarı, Biznes dinamikliyi və İnnovasiya potensialı sütun indikatorları üzrə Azərbaycanın mövqelərinin yaxşılaşması Qlobal Rəqabətlilik Hesabatı tərəfindən qeydə alınıb.

Azərbaycan, Qlobal Rəqabətlilik Hesabatında dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi vurğulanıb. Azərbaycan, əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlib.

Bununla yanaşı, Azərbaycanın Qlobal Rəqabətlilik Hesabatında irəlidə olduğu alt-indikatorların böyük bir qismi yeni metodologiyada nəzərə alınmayıb. Məsələn, makroiqtisadi sabitlik indikatoru üzrə ölkənin mövqeyinə mənfi təsir göstərən fakt ondan ibarət olub ki, dövlət büdcəsinin tarazlığı, ümumi dövlət borcu, ümumi milli yığım, ölkənin kredit reytinqi kimi öncül olduğumuz alt-indikatorlar yeni metodologiyada ümumiyyətlə nəzərə alınmayıb.

Yeni metodologiya əsasında hazırlanmış ilk Qlobal Rəqabətlilik Hesabatında ölkələrin reytinqinə birbaşa təsir göstərməsə də, sosial və ətraf mühit performansı üzrə indikatorlara da yer ayrılıb. Azərbaycan ətraf mühitə təsir və inklüziv inkişaf indikatorları üzrə yeni nəsil metodologiya əsasında hazırlanmış hesabatda lider mövqelərini qoruyub.

Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşıb. Belə yüksək nəticənin əldə olunması son illər Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatların nəticəsində mümkün olub. Həmin indikatora əsasən, Azərbaycanın mövqeyi biznesə başlamaq üçün tələb olunan günlərin sayı alt-indikatoru üzrə 17-ci, müflisləşmə normativ hüquqi bazası alt-indikatoru üzrə 17-ci, sahibkarlıq riskləri alt-indikatoru üzrə 21-ci və ideyaların şirkətə təsiri alt-indikatoru üzrə 25-ci olub.

Qlobal trendlər nəzərə alınmaqla tamamilə yeni yanaşma əsasında hazırlanmasına baxmayaraq, Azərbaycan yeni dövrün ilk Qlobal Rəqabətlilik Hesabatında bir neçə indikator üzrə yüksək nəticələr əldə edib. Bu nəticələr Azərbaycanın gələcəkdə digər indikatorlar üzrə də daha yaxşı nəticələr əldə etməsi üçün yeni imkanlar açır.

Azərbaycanın Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilməsini 1news.az-a şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı bu dəfə tamamilə yeni metodologiya əsasında hazırlandığından gözləmək olardı ki, ölkəmizin mövqeləri zəifləyəcək: “Qeyd edim ki, hökumətin həyata keçirdiyi iqtisadi kursa "min cür" problem qoşan ekspert-iqtisadçılar da bunu hələ xeyli əvvəldən proqnoz etmişdilər. Lakin, göründüyü kimi yeni metodoloji yanaşma da Azərbaycanda aparılan iqtisadi siyasəti, dəyişiklikləri kölgə altına sala bilmədi və ölkəmiz sözügedən hesabatda yenə də kifayət qədər təqdirəlayiq yer tuta bildi.

"Qlobal Rəqabətlilik Hesabatı-2018/2019”-un əsas fərqi ondan ibarətdir ki, buradakı indikatorların yarıdan xeyli çoxu təzədir. Əlbəttə, bunların hamısı üzrə yüksək nəticələrə nail olmaq çətindir. Məsələn, dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşmağımız mühün göstəricidir. Bu da ölkəmizdə qeyri-neft sektorunu inkişaf etdirmək məqsədilə aparılan islahatların, göstərilən cəhdlərin, sahibkarlıq fəaliyyəti üçün ortada olan bütün maneələrin aradan qaldırılması və sair kimi işlərin nəticəsidir. Bundan əlavə, İnfrastruktur, İKT-dən istifadə səviyyəsi,Əmək bazarı üzrə ölkəmizdə həyata keçirilən işlər də göz qabağındadır və bu da təbii ki, öz nəticələrini göstərməli idi. Təsadüfi deyildir ki, Azərbaycanın qeyd olunan göstəricilərdə mövqelərinin yaxşılaşması Qlobal Rəqabətlilik Hesabatı tərəfindən həssaslıqla qeydə alınıb. Və yaxud da, elektrik enerjisi ilə təchizat məsələsini götürək... Əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal əldə etmək və bu göstərici üzrə dünyada ilk pilləyə yüksəlmək, Azərbaycan kimi ölkə üçün böyük nailiyyətdir”.

Ekspert hesab edir ki, qlobal trendlər nəzərə alınmaqla tamamilə yeni yanaşma əsasında hazırlanmış Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın belə mühüm göstəricilərdə irəli nəticələr göstərməsi ölkəmizin yerində saymadığını - inkişafda olduğunu diqtə etməkdədir:

“Lakin görüləsi işlər çoxdur. Bu cür hesabatlar ölkəmizə diqqəti artırmaq və yaxud azaltmaq məqsədi daşıyır. Yaxşı rəy verilirsə, demək, ölkəmizə diqqət bundan sonra bir az da artacaq. Odur ki, biz də, geri nəticələr göstərdiyimiz pillər üzrə irəliləməyimiz üçün daha çox çalışmalıyıq”.

Millət vəkili Azər Badamov isə hesab edir ki, Dünya İqtisadi Forumunun rəqabət qabiliyyətinə görə Azərbaycanı yüksək dəyərləndirilməsi, bir neçə pillə irəli çəkməsi, təbii ki, ölkəmizdə aparılan iqtisadi islahatların uğuru ilə bağlıdır. Azərbaycanda milli iqtisadiyyatın əsas 11 sektoru üzrə strateji yol xəritələrinin icra olunduğunu deyən deputat bildirib ki, bu yol xəritələrində iqtisadiyyatın ayrı-ayrı sahələrində inkişaf nəzərdə tutulub.

Deputatın sözlərinə görə, Forumun bundan öncəki hesabatlarında müxtəlif indekslər üzrə ölkəmizlə bağlı geriləmələr var idisə, artıq bu xəritələrin icrası həmin sahələrin də inkişaf etməsinə şərait yaradıb: “Bunun nəticəsidir ki, bu gün Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyi yüksək dəyərləndirilir”.

A.Badamov vurğulayıb ki, ölkəmizin beynəlxalq hesabatlarda irəliləməsi bizi sevindirməlidir: “Çünki bu, rəqabət qabiliyyətli iqtisadiyyata malik olan ölkələrə investorların marağını daha da artırır ki, bu da ölkə iqtisadiyyatının daha da sürətlənməsinə imkan yaradır. Hesabatda yer alan göstəricilər təbii ki, Azərbaycan iqtisadiyyatının reallığıdır.

Dünyada 200-ə yaxın ölkə var. Rəqabət qabiliyyətlilik əmsalı 155 ölkə arasında aparılır. Azərbaycanın bu ölkələr sırasında daha da irəliləməsi ölkəmizin inkişafı deməkdir. Bizdən öncə ölkələrə nəzər yetirərkən onların inkişaf etmiş ölkələr və iqtisadiyyatı rəqabətə dözümlü olduğunu görürük. Azərbaycanın bu ölkələr arasında yer alması əlbəttə ki, sevindiricidir. İcrasına başladığımız islahatlar və müəyyən olunan hədəflərin icrası başa çatdıqdan sonra ölkəmiz ilk yerlərdə qərarlaşa biləcək”.

1news.az

 

Paylaş:
1274

Son xəbərlər

Azərbaycan-İraq əlaqələrinin inkişafı müzakirə olunub - FOTO18 / 03 / 2024, 21:05Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları yaradılacaq18 / 03 / 2024, 17:45Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib18 / 03 / 2024, 17:33Ceyhun Bayramov Çanaqqala zəfərinin ildönümü münasibətilə Türkiyəni təbrik edib18 / 03 / 2024, 17:11Ötən həftə azad olunmuş ərazilərdə 38 mina aşkarlanıb18 / 03 / 2024, 17:02Süni intellekt əvəzinizə mahnı yaradacaq - FOTO18 / 03 / 2024, 16:48“Ali Məhkəmənin tətbiq etdiyi yeni sistem hamı üçün faydalıdır” – RƏYLƏR18 / 03 / 2024, 16:34Cənubi Qafqazın sülh təşəbbüskarları18 / 03 / 2024, 16:34Böyük Britaniya kralı III Çarlz vəfat edib18 / 03 / 2024, 16:20“Gənclik” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb18 / 03 / 2024, 16:13İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb18 / 03 / 2024, 16:04Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib18 / 03 / 2024, 15:58İraq Respublikasının Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - FOTO18 / 03 / 2024, 15:48Tamstore 25-ci marketini açır – işçi sayı 1200-ü keçdi18 / 03 / 2024, 15:41İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib18 / 03 / 2024, 15:38Silk Way West Airlines daha bir Boeing 777 Freighter ilə donanmasını yeniləməyə davam edir18 / 03 / 2024, 15:33İran, Belarus və Rusiyadan Azərbaycana gətirilən qidalarda uyğunsuzluqlar aşkarlanıb18 / 03 / 2024, 15:20Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri ilə görüşüb18 / 03 / 2024, 15:12Bayramda Xaqani parkına yaxın bəzi küçələrdə hərəkətə məhdudiyyət qoyulacaq18 / 03 / 2024, 14:58Bakıda mənzildən meyit tapılıb18 / 03 / 2024, 14:49
Bütün xəbərlər