QLED - yeni televiziya əsri | 1news.az | Xəbərlər
İqtisadiyyat

QLED - yeni televiziya əsri

10:06 - 18 / 01 / 2018
QLED - yeni televiziya əsri

Müasir dövrdə televizor hər bir ailənin bir üzvünə çevrilib. Belə ki, hər kəs televizorla həm nahar edir, həm film izləyərək dincəlir.

Lakin, hər kəsin ailə üzvlərini olduqları kimi qəbul edib, seçməyə imkanı olmasa da, televizor seçimində hamı azaddır. Bəs bu seçim asandırmı? Mağaza rəfləri bir-birinə bənzəyir, əksər funksiyaları ilə oxşar mallarla doludur. Lakin, əmin olun ki, meydana gələn bu xaos içində digərlərindən seçilən Samsung QLED TV mütləq hər kəsin diqqətini cəlb edəcək. O, təkcə qüsursuz formaları ilə deyil, təsvirin canlı və olduqca realistik  ötürülməsi ilə fəqrlənir. İncə korpus, demək olar ki, çərçivəsiz ekran və bütöv metaldan hazırlanmış arxa panel – şah əsərin düsturu budur. One Connection qoşulması ilə dolaşıq qoşulma kabellərinin yaşatdığı narahatçılığın da aradan qaldırıldığını əlavə etsək, hər bir məkana özü ilə bəzək qatan dizayn elementi əldə edirik.

Samsung-un təqdim etdiyi yeni televizor, cəlbedici zahiri görünüşü ilə yanaşı, həm də inanılmaz təsvir keyfiyyətinə də malikdir. Belə ki, QLED TV istənilən parlaqlıq səviyyəsində, hətta, ən incə rəng çalarlarını belə ifadə edə bilir. Televizor Verband Deutscher Elektrotechniker (VDE) test aparma və sertifikasiya assosiasiyasının ekspertizasını uğurla keçib. Bu modelin rəngi 100% dəqiqliklə əks etdirdiyi təsdiqlənib. “Rəng  həcmi” göstəricisinin 100%-lik göstəricisi fərqli parlaqlıq səviyyələrində rəngləri olduğu kimi “canlı” ötürmək deməkdir. Buna misal olaraq, ağac yarpağının rəngi işıq şəraitindən və parlaqlıq dərəcəsindən asılı olaraq sarımtıl-yaşıldan füruzə rənginə qədər dəyişə bilər. Adətən parlaqlığın artması ilə ekranda əks olunan rənglər pozulur. Bu gözlərin bir müddət yanar lampaya baxdıqdan sonra qısa zaman ərzində rəngləri seçə bilmədiyi effektini xatırladır. Belə ki, bu cür təhrifləri aradan qaldırmaq üçün Samsung parlaqlıq diapazonunu 1500−2000 nitə qədər artırıb, ən əsası isə kvant nöqtələri üçün yeni metal materialdan istifadə edib. Sözügedən bu nöqtələr sayəsində rəng palitrası genişlənmiş, ekranın pik parlaqlığı isə artıb. Bundan əlavə, kvant nöqtələrinin yeni quruluşu QLED ekran üzərində otaq sahəsinin işıqlandırılmasından asılı olmayaraq, işıqlı və qaranlıq səhnələrdə belə daha çox detalı izləmək imkanı yaradır. Həmçinin, hansı istiqamətdən televizoru seyr etməyinizdən asılı olmayaraq – öndən və ya yan tərəfdən baxarkən  rəngin bərabər paylanması sayəsində təsvir keyfiyyəti dəyişməz olaraq qalır.

QLED TV, həmçinin, smart ailəsinin qürurlu bir üzvüdür. Televizor kontenti sıralamağı, qoşulmuş cihazlar arasında rahat keçid almağı və internetdən yüksək səviyyədə istifadə etməyi təmin edən Smart Hub interfeysi ilə təchiz olunub. Smart TV-ni həm universal idarə etmə pultu olan One Remote, həm də smartfondan Smart View əlavəsi vasitəsi ilə idarə etmək mümkündür. Pultunun “universal” adlandırılması təsadüfü deyil, onun köməyi ilə nəinki QLED TV-nin bütün funksiyalarını, hətta ona qoşulmuş hər bir cihazı idarə etmək mümkündür. Beləliklə əlavə pultlara gərək qalmır.

Əgər həqiqətən “müasir smart televizor” sözünün mənasını kəşf etmək istəyirsinizsə, onda mütləq Samsung QLED TV-nin imkanları ilə yaxından tanış olmağa tələsin.

Samsung QLED TV televizorları haqqında əlavə məlumat almaq Baku Electronics, Kontakt Home, Maxi.az, Optimal və Soliton mağazalar şəbəkəsinə müraciət edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
747

Son xəbərlər

Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27
Bütün xəbərlər