Qənirə Paşayeva AŞPA-da işğalçı Ermənistanın qətlə yetirdiyi azərbaycanlı uşaqlardan danışıb | 1news.az | Xəbərlər
Siyasət

Qənirə Paşayeva AŞPA-da işğalçı Ermənistanın qətlə yetirdiyi azərbaycanlı uşaqlardan danışıb

15:30 - 27 / 06 / 2019
Qənirə Paşayeva  AŞPA-da işğalçı Ermənistanın qətlə yetirdiyi azərbaycanlı uşaqlardan danışıb

Dünyadakı uşaqların yarısının zorakılıqdan əziyyət çəkməsindən ciddi narahat olmalı və onların güclü müdafiəsi, uşaqlara qarşı zorakılıqla mübarizə istiqamətində səylərimizi daha da gücləndirməliyik. Məruzəçinin irəli sürdüyü təklifləri dəstəkləməklə yanaşı, bəzi məsələlərə də xüsusi diqqət göstərilməsinə çağırırıq.

Uşaqlara qarşı zorakılıq işğalların, münaqişələrin olduğu bölgələrdə daha dəhşətli olur. Körpə uşaqları Ermənistan tərəfindən qətlə yetirilmiş, zorakılığa məruz qalmış ailələr adından danışmaq istəyirəm. Avropa Şurasının üzvü olan Ermənistanın qurumun digər üzvü Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsi nəticəsində 10 minlərlə uşaq köçkün düşdü və o insanlar bu günə qədər də köçkün həyatı yaşayırlar.

1news.az xəbər verir ki, bu fikirləri AŞPA-nın yay sessiyasında “Miqrant uşaqlara qarşı zorakılıq və onların istismarına son qoymaq” adlı məruzənin müzakirələri zamanı nümayəndə heyətimizin üzvü Qənirə Paşayeva söyləyib.

Deputat bildirib ki, onlarla azərbaycanlı uşaq Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilib. Ermənistanın Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımı zamanı 63 uşaq qətlə yetirilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. Onlarla uşaq o soyqırımından qaçarkən soyuq qış günlərində həyatını, sağlamlığını itirib. Bunları sadalayıram ki, işğalların, münaqişələrin uşaqlara qarşı nə qədər böyük zorakılıqlara, faciələrə səbəb olduğunu bir daha diqqətinizə çatdırım. Minlərlə azərbaycanlı uşağa qarşı bu zorakılıqları törədənlər isə hələ də ədalət qarşısında cavab verməyiblər. Ermənistan AŞPA-nın qəbul etdiyi qətnamələri bu gün də yerinə yetirməkdən imtina edir. Bu uşaqlara qarşı zorakılıq və cinayətlərin qarşısını almaq üçün təəssüf ki, Avropa Şurası heç bir ciddi addım atmadı. Ermənistan silahlı qüvvələri azərbaycanlı uşaqlara qarşı zorakılıqları davam etdirir. 2011-ci ildə Ermənistan hərbçiləri öz həyətində oynayan zaman 9 yaşlı Fariz Bədəlovu başından snayperlə vurdular, 13 yaşlı Aygün Şahmalıyevanı, 2017-ci ildə isə 2 yaşı tamam olmamış balaca Zəhranı qətlə yetirdilər. Bu siyahını davam etdirmək olar. Bu zorakılıqları, cinayətləri törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Zamanında baş verən zorakılıqlarla bağlı təşkilatımız tərəfindən ciddi addımlar atılsaydı, bəlkə nə qədər uşaq bu gün aramızda olardı. “Sizi uşaqlara qarşı törədilmiş zorakılıqlara qarşı birlikdə, ikili standartlara yol vermədən daha ciddi mübarizəyə çağırırıq”, - deyə deputat qeyd edib.

Q.Paşayeva bildirib ki, Azərbaycan uşaqlara qarşı zorakılıqla ciddi mübarizə aparır. Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq, uşaqlara qarşı pis rəftar, uşaqların istismarı, uşaq alveri və işgəncələrin bütün növlərinə son qoymaq dövlətin əsas prioritetlərindəndir. Ölkəmiz bu istiqamətdə BMT, AŞPA da daxil olmaqla, beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq edir. İnsan alveri, o cümlədən uşaqlara qarşı zorakılıqla bağlı hesabatlar parlamentimizdə müzakirə olunur, qanunvericilikdə uşaqların müdafiəsi mexanizmləri daha da gücləndirilir, maarifləndirmə işlərinə böyük önəm verilir. Bu istiqamətdə vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıq və görülən işlər daha da genişlənir. Uşaqların hamısının ibtidai və orta təhsil alması təmin edilib.

Deputat qeyd edib ki, Azərbaycanda köçkün uşaqların təhsili, zorakılıqdan müdafiəsinə xüsusi diqqət yetirilir. Avropa Şurasının Avropada uşaqlara qarşı zorakılıq halları ilə mübarizə istiqamətində reallaşdırdığı “Hər beş uşaqdan biri” kampaniyası ölkəmizdə uğurla həyata keçirilib. Azərbaycanda uşaq zorakılığının qarşısının alınmasında milli strategiya yüksək səviyyədə həyata keçirilir və mövcud qanunvericilik ildən-ilə təkmilləşdirilir. Milli Məclisdə müxtəlif yerli və beynəlxalq qurumların, hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirakı ilə tədbirlər keçirilib, məktəblərdə “Biz zorakılığa yox deyirik” mövzusunda müzakirələr aparılıb və bu işlər davam edir. Bütün bunlara baxmayaraq, bu istiqamətdə daha çox işlərin görülməsi dövlətin diqqət mərkəzindədir.

“İnanırıq ki, bugünkü müzakirələr və qəbul edilən qətnamə layihəsi də üzv ölkələrdə uşaqlara qarşı zorakılıqla daha səmərəli mübarizəyə öz müsbət töhfəsini verəcək", - deyə Q. Paşayeva vurğulayıb.

1news.az

 

 

 

 

Paylaş:
535

Son xəbərlər

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29
Bütün xəbərlər